Təsvir
- Agentliklə satınalmaların təşkilində Qanunvericiliyə uyğunluq, səmərəlilik və şəffaflıq prinsiplərinin təmin edilməsi;
- Satınalma planlarını strateji məqsədlərə uyğun formalaşdırılması və icrasının təmin edilməsi;
- Mal, iş və xidmətlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satın alınmasının təşkil edilməsi;
- Satınalma müqavilələrinin hazırlanmasını habelə imzalanmasını təmin etmək və icrasının izlənilməsində iştirak etmək;
- Satınalma və təchizat üzrə həftəlik, aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Dövlət orqanları və nəzarət qurumlarına, daxili və kənar auditlərə qanuni hesabatların təqdim edilməsi;
- Şöbənin fəaliyyətinin təşkili, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün aparılması və rəhbərlik edilməsi;
- Şöbənin əməkdaşlarının peşəkar inkişafının təmin edilməsi və təlimlərin təşkil edilməsi;
- Müvafiq maliyyə-iqtisadi təhlillərin aparılmasının və əsaslandırılmış təkliflərin təqdim edilməsinin təmin edilməsi;
- Satınalma komissiyasında işlərin əlaqələndirilməsi;
- Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi;
- Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil;
- Ümumi müvafiq sahə üzrə 5 il iş staj, rəhbər fəaliyyəti üzrə minimum 2 il iş staj;
- Azərbaycan dili səlis, ingilis və rus dili bacarığı;
- Satınalma və müqavilə idarəçiliyi üzrə təcrübə;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu üzrə nəzəri və praktiki biliklər;
- CİPS, PMP və s. sertifikatların olması üstünlükdür;
- Liderlik, qərarvermə, vaxtın və resursların idarə olunması bacarığı;
- MS Office proqramlarını bilmək, e-tender portalında işləmək bacarığı;
- Yüksək səviyyədə təqdimetmə, ünsiyyət və komandanın idarəetməsi bacarıqları.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.