İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Dövlət idarəetməsi və müdafiə , Dövlət xidmətləri

Senior AI Engineer

  • Deadline 10 Oktyabr 2026

Təsvir

  • AI həlləri üzrə referans arxitekturaların hazırlanması və işlək prototip səviyyəsində tətbiqi;
  • Model və həll keyfiyyətinin qiymətləndirilməsi üzrə metodikanın qurulması (dataset hazırlığı, evaluation, nəticələrin ölçülməsi);
  • Təqdim olunan AI əsaslı layihə və təşəbbüslərin texniki əsaslılığının yoxlanılması və alternativ yanaşmaların əsaslandırılması;
  • AI həllərinin mövcud sistem landşaftına və vahid arxitektura prinsiplərinə uyğunluğunun təmin edilməsi;
  • AI layihələri üzrə texnologiya seçimi, tətbiq ssenariləri və arxitektur yanaşmaların formalaşdırılması;
  • Məlumat, model, inteqrasiya, təhlükəsizlik və etik istifadə tələbləri baxımından AI həllərinin təhlili;
  • AI layihələri üzrə risklərin, məhdudiyyətlərin və tətbiq imkanlarının müəyyənləşdirilməsi;
  • AI həlləri üzrə metodoloji yanaşmaların, tövsiyələrin və baza tələblərinin hazırlanması;
  • Texniki komandalara AI həllərinin seçimi və tətbiqi üzrə praktik dəstəyin göstərilməsi;
  • AI sahəsində araşdırmaların aparılması və nəticələrinin sənədləşdirilməsi.

Tələblər

  • Süni intellekt, kompüter elmləri, informasiya texnologiyaları, data science və ya əlaqəli sahədə ali təhsil;
  • AI/ML sistemləri üzrə minimum 6 il iş təcrübəsi, o cümlədən ən azı 2 il real istifadəyə verilmiş həllər üzərində;
  • Python və müasir AI/ML stack-i ilə praktik iş təcrübəsi: inference serving, model adaptasiyası, RAG pipeline-ları, vektor axtarışı;
  • Machine Learning, Generative AI, NLP və LLM yanaşmaları üzrə dərin bilik;
  • Modelin qiymətləndirilməsi üzrə təcrübə: dataset hazırlığı, evaluation metrikaları, keyfiyyət reqressiyasının izlənməsi;
  • Məlumatların hazırlanması və keyfiyyətinin idarə olunması üzrə biliklər;
  • Docker və Kubernetes üzərində real iş təcrübəsi;
  • AI həllərinin inteqrasiyası, API-lər və mikroservis yanaşması üzrə təcrübə;
  • Öz infrastrukturu üzərində, hazır bulud API-lərindən asılı olmadan həll qurmaq təcrübəsi;
  • AI təhlükəsizliyi, məlumat məxfiliyi və etik istifadə prinsipləri üzrə biliklər;
  • Texniki sənədləşdirmə, təhlil və tövsiyə sənədlərinin hazırlanması bacarığı;
  • Mürəkkəb texniki həllərin biznes və qeyri-texniki auditoriyaya izah edilməsi bacarığı;
  • Analitik düşüncə, araşdırma və problem həll etmə bacarıqları;
  • Komanda ilə işləmə və effektiv kommunikasiya qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
  • Distributed inference, hesablama resurslarının optimallaşdırılması və ya data platformaları üzrə təcrübə üstünlükdür;
  • Dövlət sektoru, böyük həcmli məlumatlar və ya tənzimlənən sahələr üzrə təcrübə üstünlükdür.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily133
  • Weekly496
  • Monthly974