Təsvir
- AI həlləri üzrə referans arxitekturaların hazırlanması və işlək prototip səviyyəsində tətbiqi;
- Model və həll keyfiyyətinin qiymətləndirilməsi üzrə metodikanın qurulması (dataset hazırlığı, evaluation, nəticələrin ölçülməsi);
- Təqdim olunan AI əsaslı layihə və təşəbbüslərin texniki əsaslılığının yoxlanılması və alternativ yanaşmaların əsaslandırılması;
- AI həllərinin mövcud sistem landşaftına və vahid arxitektura prinsiplərinə uyğunluğunun təmin edilməsi;
- AI layihələri üzrə texnologiya seçimi, tətbiq ssenariləri və arxitektur yanaşmaların formalaşdırılması;
- Məlumat, model, inteqrasiya, təhlükəsizlik və etik istifadə tələbləri baxımından AI həllərinin təhlili;
- AI layihələri üzrə risklərin, məhdudiyyətlərin və tətbiq imkanlarının müəyyənləşdirilməsi;
- AI həlləri üzrə metodoloji yanaşmaların, tövsiyələrin və baza tələblərinin hazırlanması;
- Texniki komandalara AI həllərinin seçimi və tətbiqi üzrə praktik dəstəyin göstərilməsi;
- AI sahəsində araşdırmaların aparılması və nəticələrinin sənədləşdirilməsi.
Tələblər
- Süni intellekt, kompüter elmləri, informasiya texnologiyaları, data science və ya əlaqəli sahədə ali təhsil;
- AI/ML sistemləri üzrə minimum 6 il iş təcrübəsi, o cümlədən ən azı 2 il real istifadəyə verilmiş həllər üzərində;
- Python və müasir AI/ML stack-i ilə praktik iş təcrübəsi: inference serving, model adaptasiyası, RAG pipeline-ları, vektor axtarışı;
- Machine Learning, Generative AI, NLP və LLM yanaşmaları üzrə dərin bilik;
- Modelin qiymətləndirilməsi üzrə təcrübə: dataset hazırlığı, evaluation metrikaları, keyfiyyət reqressiyasının izlənməsi;
- Məlumatların hazırlanması və keyfiyyətinin idarə olunması üzrə biliklər;
- Docker və Kubernetes üzərində real iş təcrübəsi;
- AI həllərinin inteqrasiyası, API-lər və mikroservis yanaşması üzrə təcrübə;
- Öz infrastrukturu üzərində, hazır bulud API-lərindən asılı olmadan həll qurmaq təcrübəsi;
- AI təhlükəsizliyi, məlumat məxfiliyi və etik istifadə prinsipləri üzrə biliklər;
- Texniki sənədləşdirmə, təhlil və tövsiyə sənədlərinin hazırlanması bacarığı;
- Mürəkkəb texniki həllərin biznes və qeyri-texniki auditoriyaya izah edilməsi bacarığı;
- Analitik düşüncə, araşdırma və problem həll etmə bacarıqları;
- Komanda ilə işləmə və effektiv kommunikasiya qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
- Distributed inference, hesablama resurslarının optimallaşdırılması və ya data platformaları üzrə təcrübə üstünlükdür;
- Dövlət sektoru, böyük həcmli məlumatlar və ya tənzimlənən sahələr üzrə təcrübə üstünlükdür.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.