Təsvir
- Şirkətin sosial media kanallarından (Facebook, Instagram və digər platformalar) gələn müştəri mesajlarına vaxtında və düzgün cavab vermək, müştəri suallarını cavablandırmaq və əlaqələri gücləndirmək.
- Şirkətin rəsmi e-poçt ünvanına daxil olan müraciətləri qəbul etmək və cavablandırmaq.
- MyGov platformasından gələn istifadəçi müraciətlərini qəbul etmək, düzgün və effektiv cavablar vermək və müvafiq şöbələrə yönləndirmək.
- İstifadəçilərin rəqəmsal giriş vasitəsilə (üz tanıma) qeydiyyatını qəbul etmək və bu prosesin düzgün həyata keçirilməsini təmin etmək.
- Dövlət sektorlarından ESD (Elektron Hökumət Xidməti) vasitəsilə daxil olan müraciətləri qəbul etmək, düzgün cavab vermək və ya lazımi yönləndirmələri etmək.
- Hər hansı bir müraciət və ya problem meydana gəldikdə, məsələnin həllinə yönəldilməsi üçün müvafiq şöbələrə və ya aidiyyəti şəxslərə müraciətlərin ötürülməsi.
- Müştərinin tələblərinə uyğun həllər təklif etmək və onlara uyğun məsləhətlər vermək.
- Müraciət əsnasında müvafiq məlumatları düzgün şəkildə qeyd edərək, müştəri məlumatlarını sistemə daxil etmək və izləmək.
- Bütün müştəri və istifadəçi məlumatlarının məxfiliyini qorumaq və təhlükəsizlik protokollarına riayət etmək.
Tələblər
- Ali təhsil.
- Sosial media idarəetməsi və müştəri xidmətləri sahəsində ən azı 1-2 il təcrübə.
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, sosial şəbəkələrdə və müştəri xidmətləri sahəsində peşəkar üslub.
- Sosial media platformalarından (Facebook, Instagram və s.) istifadə bacarığı, e-poçt proqramları və CRM sistemləri ilə təcrübə.
- Microsoft Office proqramlarında biliklər (Word, Excel, PowerPoint).
- Azərbaycan, İngilis və Rus dillərində səlis yazılı və ünsiyyət bacarıqları.
- Müştəri tələblərinə fokuslanma və müsbət təcrübə yaratma bacarığı.
- Detallara diqqət yetirmə və məlumatların dəqiqliyinə fokuslanma bacarığı.
- Yüksək təşkilatçılıq və vaxt idarəetmə bacarıqları.
Vakansiya haqqında
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.