Təsvir
- Agentliyin strateji əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək.
- Yeni strateji tərəfdaşlıq imkanlarını axtarmaq və onlardan faydalanmaq.
- Qlobal əməkdaşlıq layihələrini koordinasiya etmək,araşdırmaq və təkliflər vermək.
- Həm daxili, həm də xarici tərəfdaşlarla əlaqələr qurmaq və qurulmuş əlaqələri möhkəmləndirmək.
- Bazar imkanlarını araşdırmaq və Agentliyin daha geniş tanınmasını təmin etmək.
- Aylıq lazmı təqdimat və hesabatların hazırlanması.
- Tərəfdaşlıq görüşlərində və tələb olduqda ezamiyyələrdə iştirak.
Tələblər
- İqtisadiyyat, beynəlxalq əlaqələr, biznesin idarə edilməsi və ya oxşar sahələrdə ali təhsil.
- Beynəlxalq əlaqələr və biznesin inkişafı sahəsində əlavə kurslar, sertifikatlar, MBA və ya digər yüksək təhsil proqramları üstünlük təşkil edir.
- Korporativ əməkdaşlıq, Biznes, Strateji tərəfdaşlıq,diplomatiya, marketinq və ya əlaqəli sahələrdə ən azı 3-5 il iş təcrübəsi.
- Səlis Azərbaycan dili biliyi, Rus və ingilis dil biliklərinin olması üstünlükdür.
- Ofis proqramları üzrə biliklər: MS Office (Excel, Word, PowerPoint).
- Əməkdaşlıq layihələrini strateji baxımdan idarə etmək və inkişaf etdirmək.
- Effektiv yazılı və şifahi ünsiyyət bacarıqları, yerli və beynəlxalq tərəfdaşlarla əlaqələr qurma qabiliyyəti.
- Tərəfdaşlarla əlaqə qurmaq və faydalı əməkdaşlığı təmin etmək bacarığı.