Təsvir
- Risk siyasətinin Agentlik üzrə tətbiq edilməsini təmin etmək
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin müəyyən edilməsi və tətbiqi
- RCSA prosesinin təşkili və idarə edilməsi
- Risk mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar tədbirlərin (təlimlərin) təşkili və icrası
- Risklərin idarə olunması üzrə beynəlxalq standartların tələblərini (ISO 31000, COSO və s.) Agentlikdə tətbiq etmək
- Risk xəritəsinin yenilənməsinə və idarə edilməsinə rəhbərlik etmək
- Agentlikdaxili normativ sənədlərin hazırlanması, proseslərin qurulması və proseslərə dəyişiklik zamanı proaktiv risk rəylərinin verilməsi
- İnsidentlərin idarə edilməsi və nəzarəti
- Əsas risk indikatorlarının formalaşdırılması, tətbiq edilməsi və təhlilini təmin etmək
- Risk reyesterinin idarə olunmasını təşkil etmək
- Şöbənin fəaliyyətini əsasnaməyə uyğun təşkil etmək və daimi nəzarətdə saxlamaq
- Struktur bölmələrin və müdafiə xətlərinin rəhbərləri ilə sıx əməkdaşlıq etmək
Tələblər
- Təhsil: Ali iqtisadi, hüquq və ya maliyyə sahəsində
- Sahə üzrə minimum 3 il və daha çox iş təcrübəsi
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üçün analitik bacarıqlar
- Risklərin mərkəzləşdirilmiş idarə olunması üçün tələb olunan alət, metod və modellərlə işləmə bacarığı
- Beynəlxalq standartlara əsasən risklərin mərkəzləşdirilmiş formada idarə olunması ilə bağlı bilik və bacarıqlar
- Kompüter biliyi: Microsoft Office proqramları (Outlook, Teams, Excel və s.)
- Dil bilikləri: Azərbaycan dili (mütləq), ingilis dili və digər dillər üstünlükdür
- Sahə ilə əlaqədar beynəlxalq praktikada qəbul edilən sertifikatlar üstünlükdür
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.