Vəzifə öhdəlikləri:
- Müəssisənin bütün maliyyə və təsərrüfat əməliyyatlarını, o cümlədən mal və xidmətlərin alışı və satışını 1C proqram təminatına əlavə etmək;
- Bütün əməliyyatları uçot sistemində düzgün əks etdirmək və mühasibat hesabatlarının hazırlanması üçün əsas məlumat bazasını yaratmaq;
- Müəssisə tərəfindən həyata keçirilən alış və satış əməliyyatları üzrə elektron qaimə-fakturaları Dövlət Vergi Xidmətinin elektron portalında hazırlamaq və göndərmək;
- E-qaimə əməliyyatlarının 1C proqramında düzgün uçota alınmasını təmin etmək;
- Hesab-fakturaların sistemə düzgün daxil edilməsinə nəzarət etmək, uyğunsuzluqlar yarandıqda onları aradan qaldırmaq;
- Yerli və xarici ödənişləri icra etmək;
- Vergi kargüzarlıq sistemini mütəmadi yoxlamaq, daxil olan məktubları izləmək.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil;
- Dil biliyi: İngilis dili biliyi;
- Təhsil: Maliyyə, mühasibat və iqtisadiyyat üzrə ali təhsil.
- Mühasibat uçotu, Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər;
- Exceldə mürəkkəb funksiyalarla işləmə bacarığı;
- 1C proqramlarında sərbəst işləmək bacarığı;
- E-qaimə-faktura sistemi, E-taxes portalı, E-Tender, statistika portalları ilə işləmə bacarığı.
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə, pdf şəklində Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.