İnomarka.az İnomarka.az
  • 445

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 12 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Inomarka avtosalonu olaraq komandamıza maliyyə və mühasibatlıq sahəsində peşəkar və məsuliyyətli Mühasib axtarır. Bu vəzifədə siz şirkətin bütün maliyyə və mühasibatlıq əməliyyatlarını idarə edəcək və rəhbərliyə vaxtında hesabatlar təqdim edəcəksiniz.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
  • Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması;
  • Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Mühasibatlığa aid bütün digər əməliyyatların icrası;    

Tələblər:

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat sahələri üzrə)
  • İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə təcrübə
  • Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək
  • Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Excel), 1C proqramı üzrə yüksək səviyyədə biliklər
  • Qanunvericilik bilikləri: Vergi Məcəlləsi və Əmək qanunvericiliyi üzrə biliklər
  • Elektron portallarla iş: e-taxes, e-gov, e-customs, e-qaimə, depozit hesabları, kargüzarlıq və s. üzrə işləmək bacarığı
  • Yük və gömrük bəyannamələri üzrə biliklər
  • PMS sertifikatı arzuolunandır
  • Detallara diqqətli, dəqiq və məsuliyyətli olmaq

İş şəraiti:

  • Əməkhaqqı: Razılaşma yolu ilə
  • İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00
  • İş yeri: Ağ Şəhərdə yerləşən ofisimiz

Müraciət qaydası:

Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Aparıcı Mühasib) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə tam cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly610
  • Monthly1178