İnomarka.az İnomarka.az
  • 1.6K

Satış Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Meneceri

  • Deadline 11 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Loqistika şirkətinə satış meneceri tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışı və onlarla ilkin əlaqələrin qurulması
  • Şirkətin loqistika xidmətlərinin (daşımalar, gömrük rəsmiləşdirilməsi və s.) təqdimatı
  • Müştərilərlə danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq və müqavilələrin bağlanmasını təmin etmək
  • Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin saxlanılması və inkişafı
  • Satış planının yerinə yetirilməsi və aylıq/illik hədəflərə çatmaq
  • Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini izləmək və satış strategiyalarını təkmilləşdirmək
  • Satış prosesində əməliyyat, maliyyə və müştəri xidməti şöbələri ilə koordinasiyalı işləmək
  • Müştərilərə yüksək səviyyəli dəstək və xidmət göstərilməsini təmin etmək

Tələblər:

  • Ali təhsil (biznes, iqtisadiyyat, loqistika və ya oxşar sahələr üstünlükdür)
  • Loqistika və ya nəqliyyat sektorunda satış təcrübəsi arzuolunandır
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət, ingilis dili üstünlükdür
  • Satış bacarığı, güclü təqdimat və danışıqlar aparma qabiliyyəti
  • MS Office proqramlarında işləmə bacarığı
  • Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli olmaq.

İş şəraiti:

  • İş qrafiki: 5/2, 09:00 – 18:00;
  • Əmək haqqı: 1000-1500 Azn
  • İş yeri: 28 May yaxınlığında yerləşən ofis
  • Loqistika sahəsində peşəkar inkişaf və karyera imkanları.

Zəhmət olmasa, CV-nizi, mövzu sətrində  vəzifənin adını (reception) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily19
  • Weekly693
  • Monthly1332