Loqistika şirkətinə satış meneceri tələb olunur.
Vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışı və onlarla ilkin əlaqələrin qurulması
- Şirkətin loqistika xidmətlərinin (daşımalar, gömrük rəsmiləşdirilməsi və s.) təqdimatı
- Müştərilərlə danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq və müqavilələrin bağlanmasını təmin etmək
- Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin saxlanılması və inkişafı
- Satış planının yerinə yetirilməsi və aylıq/illik hədəflərə çatmaq
- Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini izləmək və satış strategiyalarını təkmilləşdirmək
- Satış prosesində əməliyyat, maliyyə və müştəri xidməti şöbələri ilə koordinasiyalı işləmək
- Müştərilərə yüksək səviyyəli dəstək və xidmət göstərilməsini təmin etmək
Tələblər:
- Ali təhsil (biznes, iqtisadiyyat, loqistika və ya oxşar sahələr üstünlükdür)
- Loqistika və ya nəqliyyat sektorunda satış təcrübəsi arzuolunandır
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət, ingilis dili üstünlükdür
- Satış bacarığı, güclü təqdimat və danışıqlar aparma qabiliyyəti
- MS Office proqramlarında işləmə bacarığı
- Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli olmaq.
İş şəraiti:
- İş qrafiki: 5/2, 09:00 – 18:00;
- Əmək haqqı: 1000-1500 Azn
- İş yeri: 28 May yaxınlığında yerləşən ofis
- Loqistika sahəsində peşəkar inkişaf və karyera imkanları.
Zəhmət olmasa, CV-nizi, mövzu sətrində vəzifənin adını (reception) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.