İş şəraiti
- Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti2360
- İş rejimi: 6 günlük
- İş saatları: Həftə içi : 09:30-17:30
- 6-cı gün: 10:00-16:00
- Nahar şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri
- Müştərilərdən daxil olan zənglərin cavablandırılması və müraciətlərin qeydə alınması;
- Servis xidmətləri, ehtiyat hissələri və məhsullar barədə müştərilərə ətraflı məlumat verilməsi;
- Müştərinin sorğusuna əsasən uyğun ehtiyat hissəsinin müəyyənləşdirilməsi və mövcudluğu barədə məlumatın təqdim edilməsi;
- Ehtiyat hissələrinin kodu, modeli, uyğunluğu və texniki xüsusiyyətləri barədə məlumatların yoxlanılması;
- Məhsul və ehtiyat hissələrinin qiymətləri barədə müştərilərin məlumatlandırılması;
- Servisə qəbul, təmir prosesi və görüləcək işlərlə bağlı müştərilərin yönləndirilməsi;
- Ehtiyac yarandıqda müştəri müraciətlərinin servis ustalarına və aidiyyəti əməkdaşlara yönləndirilməsi;
- Sifariş və müraciətlərin sistemdə düzgün qeydiyyata alınması;
- Müştərilərlə mütəmadi əlaqənin saxlanılması və müraciətlərin nəticəsinin izlənilməsi.
Namizədə tələblər
- Bəy namizəd; (yaş arlığı-20-30yaş)
- Servis sahəsi və ehtiyat hissələri üzrə anlayışın olması;
- Ehtiyat hissələrinin növləri, təyinatı və uyğunluğu barədə texniki məlumatları öyrənmək və müştəriyə düzgün izah etmək bacarığı;
- Texniki terminləri anlama və müştəriyə sadə formada izah etmə bacarığı;
- Kompüter proqramlarında sərbəst işləmək bacarığı;
- Güclü ünsiyyət və düzgün danışıq qabiliyyəti;
- Diqqətli, məsuliyyətli və operativ olmaq;
- Servis və ya ehtiyat hissələrinin satışı sahəsində iş təcrübəsi arzuolunandır.(minimum 1 il iş təcrübəsi)
Maaş: 600-800 Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.