International BOKT International BOKT
  • 286

Daxili nəzarət və risklərin idarə edilməsi şöbəsində Baş mütəxəssis/Qrup rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili nəzarət və risklərin idarə edilməsi şöbəsində Baş mütəxəssis/Qrup rəhbəri

  • Deadline 20 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə və öhdəliklər
Monitorinq və Analitika

  • Kredit portfeli üzrə riskli əməliyyatların və şübhəli aktivliyin mütəmadi təhlilinin təşkili
  • Risk indikatorları (gecikmələr, transferlər, girov uyğunsuzluğu və s.) əsasında monitorinqə cavabdehlik
  • Filial və əməkdaş səviyyəsində risk tendensiyalarının müəyyən edilməsinin təşkili
  • Məlumatların analizi və nəticələrin rəhbərliyə təqdim olunması

Araşdırmalar

  • Şübhəli hallarla bağlı ilkin araşdırmaların başladılması
  • Daxili (əməkdaş yönümlü) və xarici (müştəri yönümlü) dələduzluq halları üzrə araşdırmaların aparılmasının təşkili
  • Kredit dosyelərinin prosedur uyğunluğu baxımından təhlilinə rəhbərlik
  • Şübhəli sənədləşmə və saxtalaşdırma risklərinin qiymətləndirilməsi
  • Əməkdaş və müştərilərdən yazılı izahatların alınması
  • Sübut bazasının formalaşdırılması və rəsmi araşdırma hesabatının hazırlanması

Filial Yoxlamaları və Fiziki Nəzarət

  • Planlı və qəfil yoxlamalara rəhbərlik etmək
  • Girovların (xüsusilə qızıl girovlarının) fiziki inventarizasiyasının təşkili
  • Girovun saxlanması, transferi və realizasiya proseslərinin uyğunluq yoxlanışına rəhbərlik
  • Prosedur və daxili qaydalara riayət olunmasının qiymətləndirilməsi

Nəzarət Mexanizmlərinin Təkmilləşdirilməsi

  • Nəzarət boşluqlarının müəyyən edilməsi
  • Preventiv və korrektiv tədbirlər üzrə təkliflərin hazırlanması
  • Fraud risk xəritəsinin hazırlanması və yenilənməsi
  • Daxili prosedurların təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi

Namizədə dair tələblər:

  • Maliyyə, İqtisadiyyat, Audit və ya Hüquq sahəsində ali təhsil
  • Bank və ya BOKT sektorunda minimum 2 il iş təcrübəsi
  • Kredit və girov əməliyyatları üzrə praktik bilik
  • Daxili audit, risk və ya fraud araşdırmaları təcrübəsi üstünlükdür
  • Ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı
  • Analitik düşüncə və fakt əsaslı qərarvermə bacarığı
  • Azərbaycan dili sərbəst, İngilis dili orta səviyyədə
  • Bakı və ölkədaxili filial ezamiyyətlərinə hazır olmaq

Şəxsi keyfiyyətlər

  • Prinsipial və obyektiv mövqe
  • Konfidensiallıq qaydalarına ciddi riayət
  • Təzyiq altında işləmə bacarığı
  • Detallara yüksək diqqət
  • Müstəqil qərarvermə qabiliyyəti

Təklif olunur

  • əmək haqqı – razılaşma yolu ilə
  • peşəkar inkişaf imkanı
  • müstəqil və məsuliyyətli iş mühiti

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində Baş mütəxəssis/Qrup rəhbəri qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly124
  • Monthly2434