International BOKT International BOKT
  • 421

Əməliyyatcı xəzinədar

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əməliyyatcı xəzinədar

  • Истекает 6 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Bakı şəhərində yerləşən filialları üçün Əməliyyatcı xəzinədar vakansiyası  elan edir      

Tələblər:

  • Ali təhsil;
  • Yaş həddi: 18-35 yaş;
  • Azərbaycan dilini səlis bilməli;
  • Nağd pul əməliyyatlarında dəqiqlik və riyazi biliklərə sahib olmalı;
  • Müxtəlif növ kassa aparatlarının iş prinsipləri və mexanizmlərini bilməli;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Dəqiq, məsuliyyətli və dürüst yanaşma;
  • Müştərilərin suallarını dinləmək, dəqiq cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müştərilərdən ödənişlərin qəbul edilməsi və düzgün qaydada icrası;
  • Ödənilən vəsaitlərin yoxlanılması və müvafiq prosedurlara uyğun əməliyyatların aparılması;
  • Gündəlik maliyyə əməliyyatlarına dair hesabatların tərtib edilməsi;
  • Kassadan keçən bütün vəsait və sənədlərin nəzarətdə saxlanılması və mütəmadi olaraq hesabatların təqdim edilməsi;
  • Nağd vəsaitlərin təhlükəsiz şəraitdə saxlanmasını və aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmək.

Əməkhaqqı: 450-550 AZN (razılaşma əsasında).

Vacib qeyd: Bu vakansiya yalnız xanım namizədlər üçün nəzərdə tutulmuşdur.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, “İnternational” ASC-nin Baş ofisi

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Əməliyyatxı xəzinədar” qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily22
  • Weekly22
  • Monthly593