Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Bakı şəhərində yerləşən filialları üçün Əməliyyatcı xəzinədar vakansiyası elan edir
Tələblər:
- Ali təhsil;
- Yaş həddi: 18-35 yaş;
- Azərbaycan dilini səlis bilməli;
- Nağd pul əməliyyatlarında dəqiqlik və riyazi biliklərə sahib olmalı;
- Müxtəlif növ kassa aparatlarının iş prinsipləri və mexanizmlərini bilməli;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- Dəqiq, məsuliyyətli və dürüst yanaşma;
- Müştərilərin suallarını dinləmək, dəqiq cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Müştərilərdən ödənişlərin qəbul edilməsi və düzgün qaydada icrası;
- Ödənilən vəsaitlərin yoxlanılması və müvafiq prosedurlara uyğun əməliyyatların aparılması;
- Gündəlik maliyyə əməliyyatlarına dair hesabatların tərtib edilməsi;
- Kassadan keçən bütün vəsait və sənədlərin nəzarətdə saxlanılması və mütəmadi olaraq hesabatların təqdim edilməsi;
- Nağd vəsaitlərin təhlükəsiz şəraitdə saxlanmasını və aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmək.
Əməkhaqqı: 450-550 AZN (razılaşma əsasında).
Vacib qeyd: Bu vakansiya yalnız xanım namizədlər üçün nəzərdə tutulmuşdur.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, “İnternational” ASC-nin Baş ofisi
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Əməliyyatxı xəzinədar” qeyd etməklə göndərmələri xahiş olunur.