Vəzifə öhdəlikləri
- Müəssisənin filialları, kassa zonaları, giriş-çıxış məntəqələri, girov saxlanc sahələri və digər nəzarət zonaları üzrə video müşahidənin fasiləsiz aparılması;
- Filiallarda daxili intizam qaydalarına (işə davamiyyət, geyim forması) riayət olunmasına nəzarət etmək;
- Kamera müşahidələri və ya yerində baxış keçirməklə işçilərin müştərilərlə davranışını və xidmət keyfiyyətini qiymətləndirmək;
- Kameraların görüntü keyfiyyətinə, işləkliyinə və qeyd sisteminin fasiləsizliyinə nəzarət etmək;
- Kassa, bunker, girov qəbul sahələri və digər kritik zonalarda əməliyyatların prosedura uyğun aparılmasına vizual nəzarət etmək;
- İşi ilə bağlı rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək;
- Filialların vizual standartlara (təmizlik) uyğunluğunu yoxlamaq;
- Təhlükəsizlik pozuntuları, qeyri-adi hərəkətlər və prosedurdan kənar əməliyyatlar barədə aidiyyəti şəxslərin dərhal məlumatlandırılması;
- Kamera sistemlərində yaranan texniki nasazlıqların qeydə alınması və aidiyyəti şöbəyə bildirilməsi;
- Baş vermiş hadisələrin jurnal və ya elektron sistem üzərindən qeydiyyatının aparılması
- Müəyyən olunmuş pozuntular barədə rəhbərliyə mütəmadi hesabatlar hazırlamaq.
Namizədə dair tələblər:
- Ali (arzuolunandır) və ya orta təhsil;
- Analitik düşünmə bacarığı;
- Dəqiq və detallara diqqət
- Komandada işləmə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Mükəmməl Azərbaycan dili biliyi;
- Microsoft Office proqramları ilə işləmə bacarığı
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində "KNM şöbəsinin mütəxəssisi" qeyd etməklə göndərmələri xahiş olunur.