International BOKT International BOKT
  • 171

Keyfiyyətə Nəzarət şöbəsinin mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Keyfiyyətə Nəzarət şöbəsinin mütəxəssisi

  • Истекает 8 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • Müəssisənin filialları, kassa zonaları, giriş-çıxış məntəqələri, girov saxlanc sahələri və digər nəzarət zonaları üzrə video müşahidənin fasiləsiz aparılması;
  • Filiallarda daxili intizam qaydalarına (işə davamiyyət, geyim forması) riayət olunmasına nəzarət etmək;
  • ​Kamera müşahidələri və ya yerində baxış keçirməklə işçilərin müştərilərlə davranışını və xidmət keyfiyyətini qiymətləndirmək;
  • Kameraların görüntü keyfiyyətinə, işləkliyinə və qeyd sisteminin fasiləsizliyinə nəzarət etmək;
  • Kassa, bunker, girov qəbul sahələri və digər kritik zonalarda əməliyyatların prosedura uyğun aparılmasına vizual nəzarət etmək;
  • ​İşi ilə bağlı rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək;
  • ​Filialların vizual standartlara (təmizlik) uyğunluğunu yoxlamaq;
  • Təhlükəsizlik pozuntuları, qeyri-adi hərəkətlər və prosedurdan kənar əməliyyatlar barədə aidiyyəti şəxslərin dərhal məlumatlandırılması;
  • Kamera sistemlərində yaranan texniki nasazlıqların qeydə alınması və aidiyyəti şöbəyə bildirilməsi;
  • Baş vermiş hadisələrin jurnal və ya elektron sistem üzərindən qeydiyyatının aparılması
  • ​Müəyyən olunmuş pozuntular barədə rəhbərliyə mütəmadi hesabatlar hazırlamaq.

Namizədə dair tələblər:

  • Ali (arzuolunandır) və ya orta təhsil;
  • Analitik düşünmə bacarığı;
  • Dəqiq və detallara diqqət
  • Komandada işləmə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Mükəmməl Azərbaycan dili biliyi;
  • Microsoft Office proqramları ilə işləmə bacarığı

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza. 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində "KNM şöbəsinin mütəxəssisi" qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly668
  • Monthly801