International BOKT International BOKT
  • 265

International BOKT

Financial services , Consumer Finance

Marketinq şöbəsinin Baş mütəxəssisi / Şöbə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq şöbəsinin Baş mütəxəssisi / Şöbə müdiri

  • Deadline 1 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Marketinq şöbəsinin Baş mütəxəssisi /Şöbə müdiri vakansiyası elan edir

Vəzifə öhdəlikləri:

  • Təşkilatın marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
  • SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
  • Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
  • Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması;
  • PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
  • Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi;
  • Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili.

Namizədə dair tələblər:

  • Marketinq, Iqtisadiyyat, Menecment və yaxud yaxın sahə üzrə ali təhsil
  • Bank və ya BOKT sektorunun marketinq, reklam və ya kommunikasiya sahəsində ən az 3 il təcrübə
  • BOKT və ya Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatlılıq
  • Daxili və xarici maraqlı tərəflərlə effektiv kommunikasiya qurma bacarığıı;
  • Kreativ və stratejik düşünmə qabiliyyəti, biznesin inkişafı və müştəri cəlbini təmin etmək üçün gərəkli olan effektiv marketinq kampaniyalarının və təşəbbüslərinin inkişaf etdirmə və həyata keçirmə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Mükəmməl Azərbaycan dili biliyi;
  • Microsoft Office proqramları ilə işləmə bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, “İnternational” ASC-nin Baş ofisi

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Marketinq şöbəsinin Baş mütəxəssisi /Şöbə müdiri” qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily89
  • Weekly587
  • Monthly2529