Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Marketinq şöbəsinin Baş mütəxəssisi /Şöbə müdiri vakansiyası elan edir
Vəzifə öhdəlikləri:
- Təşkilatın marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
- SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
- Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
- Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması;
- PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
- Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi;
- Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili.
Namizədə dair tələblər:
- Marketinq, Iqtisadiyyat, Menecment və yaxud yaxın sahə üzrə ali təhsil
- Bank və ya BOKT sektorunun marketinq, reklam və ya kommunikasiya sahəsində ən az 3 il təcrübə
- BOKT və ya Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatlılıq
- Daxili və xarici maraqlı tərəflərlə effektiv kommunikasiya qurma bacarığıı;
- Kreativ və stratejik düşünmə qabiliyyəti, biznesin inkişafı və müştəri cəlbini təmin etmək üçün gərəkli olan effektiv marketinq kampaniyalarının və təşəbbüslərinin inkişaf etdirmə və həyata keçirmə bacarığı;
- Komandada işləmə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Mükəmməl Azərbaycan dili biliyi;
- Microsoft Office proqramları ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, “İnternational” ASC-nin Baş ofisi
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Marketinq şöbəsinin Baş mütəxəssisi /Şöbə müdiri” qeyd etməklə göndərmələri xahiş olunur.