BOKT “İNTERNATIONAL” ASC Qrup rəhbəri (satış üzrə) vəzifəsinə işçi qəbulu elan edir
Bölgələr: Şimal, Cənub, Aran, Qarabağ və Qərb
Vəzifə öhdəlikləri:
- Kredit mütəxəssislərindən ibarət qrupun fəaliyyətini təşkil və koordinasiya etmək;
- Qrup üzrə satış planlarının icrasını təmin etmək və nəticələrə nəzarət etmək;
- Kredit müraciətlərinin ilkin təhlilini aparmaq və kredit prosesinə nəzarət etmək;
- Kredit portfelinin keyfiyyətini izləmək və problemli kreditlərin idarə olunmasını təşkil etmək;
- Yeni müştərilərin cəlb olunmasını və mövcud müştəri bazasının inkişafını təmin etmək;
- Qrup üzvlərinin iş fəaliyyətini qiymətləndirmək, onların peşəkar inkişafını və motivasiyasını dəstəkləmək;
- Daxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək;
- Fəaliyyət üzrə hesabatları hazırlamaq və filial rəhbərliyinə təqdim etmək.
Namizədə tələblər:
- Maliyyə, iqtisadiyyat, idarəetmə və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında minimum 2 il iş təcrübəsi;
- Kredit məhsulları və kredit risklərinin idarə olunması sahəsində biliklər;
- Satış və komanda idarəetməsi bacarıqları;
- Analitik düşünmə, liderlik, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
- MS Office proqramlarında işləmək bacarığı.
Təşkilat təklif edir:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Bonus və motivasiya sistemi;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-poçtun mövzu hissəsində müraciət etdikləri bölgə adı qeyd edilməlidir. Məsələn: "Qrup rəhbəri – Şimal".