“İnversal” MMC tikinti materiallarının satışı və podrat layihələri sahəsində fəaliyyət göstərən peşəkar komandasına qoşulacaq, sahədə aktiv işləməyi bacaran və PLITONIT brendinin məhsulları üzrə nəticəyönümlü Satış Meneceri axtarır.
Vəzifə öhdəlikləri
- PLITONIT məhsul kateqoriyalarının — quru tikinti qarışıqları, plitə yapışdırıcıları, su izolyasiya materialları, dərz dolğuları və digər məhsulların aktiv satışını həyata keçirmək;
- Müəyyən edilmiş aktiv satış marşrutu üzrə tikinti obyektlərini, layihələri, podratçı şirkətləri, usta briqadalarını, pərakəndə mağazaları və digər satış nöqtələrini mütəmadi ziyarət edərək yeni müştərilər cəlb etmək;
- Mövcud müştəri bazası ilə əlaqələri möhkəmləndirmək və satış dövriyyəsini artırmaq;
- Müştərilərin texniki ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul kateqoriyasını təklif etmək;
- Kommersiya təklifləri hazırlamaq, danışıqlar aparmaq və müqavilələrin bağlanmasını təmin etmək;
- Satış planını və şirkət tərəfindən müəyyən edilmiş KPI göstəricilərini yerinə yetirmək;
- Satışdan sonrakı debitor borclarına və ödəniş qrafiklərinə nəzarət etmək;
- Satış nəticələri və müştərilərdən ödənişlərin vaxtında daxil olması üzrə iş aparmaq;
- Görülmüş işlər və satış nəticələri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə dair tələblər
- Tikinti materiallarının aktiv satışı və sahə işi üzrə praktiki təcrübə;
- Müəyyən edilmiş satış marşrutu üzrə aktiv işləmək bacarığı;
- Rus dilində sərbəst ünsiyyət bacarığı mütləqdir. Məhsullar üzrə təlimlərin bir hissəsi rus dilində keçiriləcək;
- Tikinti layihələri, podratçı şirkətlər, usta briqadaları və ya mağazalar üzrə hazır və aktiv müştəri portfelinin olması böyük üstünlükdür;
- Ali təhsil məcburi deyil. Namizədin satış təcrübəsi, ünsiyyət bacarığı, sahədə aktivliyi və nəticəyönümlülüyü əsas seçim meyarlarıdır;
- Səliqəli xarici görünüş, məsuliyyətlilik, punktuallıq və dürüstlük;
- Şəxsi avtomobilin və aktiv sürücülük təcrübəsinin olması üstünlükdür.
Spesifik məhsul kateqoriyaları üzrə təcrübə
Aşağıdakı məhsul kateqoriyalarının satışı ilə daha əvvəl məşğul olmuş namizədlərə üstünlük veriləcək:
- Kafel, metlax və keramoqranit yapışdırıcıları;
- Su izolyasiya materialları və hidroizolyasiya sistemləri;
- Plitələrarası dərz dolğuları (Fuqa) , zatirkalar və astarlar (qruntlar);
- Özüyayılan döşəmə qarışıqları, ağıllı şaplar, təmir və bərpa qarışıqları.
İş şəraiti və təminat
- İş rejimi: tam iş günü — aktiv sahə görüşləri və ofis hesabatlılığı;
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 1C, “İstikbal Mebel Outlet Bakıxanov”un yanı;
- Ofis “Koroğlu” metro stansiyasından təxminən 1,2 km məsafədə yerləşir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə;
- PLITONIT məhsul kateqoriyalarının texniki xüsusiyyətləri üzrə şirkət tərəfindən xüsusi təlimlərin keçirilməsi.
Əməkhaqqı və təminat
- 500 AZN net əməkhaqqı;
- Şəxsi avtomobil istifadəyə görə aylıq 200–250 AZN yanacaq və nəqliyyat xərcləri üçün ödəniş;
- Müəyyən edilmiş KPI göstəricilərinin, satış planının və debitor borclarının yığılması üzrə nəticələrin icrasından asılı olaraq əlavə bonus.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “PLITONIT üzrə Satış Meneceri” qeyd etməklə “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Vakansiya təcilidir. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət ediləcəklər.