Plitonit üzrə Satış Meneceri

  • Истекает 22 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“İnversal” MMC tikinti materiallarının satışı və podrat layihələri sahəsində fəaliyyət göstərən peşəkar komandasına qoşulacaq, sahədə aktiv işləməyi bacaran və PLITONIT brendinin məhsulları üzrə nəticəyönümlü Satış Meneceri axtarır.

Vəzifə öhdəlikləri

  • PLITONIT məhsul kateqoriyalarının — quru tikinti qarışıqları, plitə yapışdırıcıları, su izolyasiya materialları, dərz dolğuları və digər məhsulların aktiv satışını həyata keçirmək;
  • Müəyyən edilmiş aktiv satış marşrutu üzrə tikinti obyektlərini, layihələri, podratçı şirkətləri, usta briqadalarını, pərakəndə mağazaları və digər satış nöqtələrini mütəmadi ziyarət edərək yeni müştərilər cəlb etmək;
  • Mövcud müştəri bazası ilə əlaqələri möhkəmləndirmək və satış dövriyyəsini artırmaq;
  • Müştərilərin texniki ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul kateqoriyasını təklif etmək;
  • Kommersiya təklifləri hazırlamaq, danışıqlar aparmaq və müqavilələrin bağlanmasını təmin etmək;
  • Satış planını və şirkət tərəfindən müəyyən edilmiş KPI göstəricilərini yerinə yetirmək;
  • Satışdan sonrakı debitor borclarına və ödəniş qrafiklərinə nəzarət etmək;
  • Satış nəticələri və müştərilərdən ödənişlərin vaxtında daxil olması üzrə iş aparmaq;
  • Görülmüş işlər və satış nəticələri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

Namizədə dair tələblər

  • Tikinti materiallarının aktiv satışı və sahə işi üzrə praktiki təcrübə;
  • Müəyyən edilmiş satış marşrutu üzrə aktiv işləmək bacarığı;
  • Rus dilində sərbəst ünsiyyət bacarığı mütləqdir. Məhsullar üzrə təlimlərin bir hissəsi rus dilində keçiriləcək;
  • Tikinti layihələri, podratçı şirkətlər, usta briqadaları və ya mağazalar üzrə hazır və aktiv müştəri portfelinin olması böyük üstünlükdür;
  • Ali təhsil məcburi deyil. Namizədin satış təcrübəsi, ünsiyyət bacarığı, sahədə aktivliyi və nəticəyönümlülüyü əsas seçim meyarlarıdır;
  • Səliqəli xarici görünüş, məsuliyyətlilik, punktuallıq və dürüstlük;
  • Şəxsi avtomobilin və aktiv sürücülük təcrübəsinin olması üstünlükdür.

Spesifik məhsul kateqoriyaları üzrə təcrübə

Aşağıdakı məhsul kateqoriyalarının satışı ilə daha əvvəl məşğul olmuş namizədlərə üstünlük veriləcək:

  • Kafel, metlax və keramoqranit yapışdırıcıları;
  • Su izolyasiya materialları və hidroizolyasiya sistemləri;
  • Plitələrarası dərz dolğuları (Fuqa) , zatirkalar və astarlar (qruntlar);
  • Özüyayılan döşəmə qarışıqları, ağıllı şaplar, təmir və bərpa qarışıqları.

İş şəraiti və təminat

  • İş rejimi: tam iş günü — aktiv sahə görüşləri və ofis hesabatlılığı;
  • İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 1C, “İstikbal Mebel Outlet Bakıxanov”un yanı;
  • Ofis “Koroğlu” metro stansiyasından təxminən 1,2 km məsafədə yerləşir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə;
  • PLITONIT məhsul kateqoriyalarının texniki xüsusiyyətləri üzrə şirkət tərəfindən xüsusi təlimlərin keçirilməsi.

Əməkhaqqı və təminat

  • 500 AZN net əməkhaqqı;
  • Şəxsi avtomobil istifadəyə görə aylıq 200–250 AZN yanacaq və nəqliyyat xərcləri üçün ödəniş;
  • Müəyyən edilmiş KPI göstəricilərinin, satış planının və debitor borclarının yığılması üzrə nəticələrin icrasından asılı olaraq əlavə bonus.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “PLITONIT üzrə Satış Meneceri” qeyd etməklə “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Vakansiya təcilidir. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət ediləcəklər.

  • Daily0
  • Weekly310
  • Monthly327