"İnversal" MMC tikinti materiallarının satışı və podrat layihələri sahəsində fəaliyyət göstərən peşəkar komandamıza rəqəmsal platformalarda brend imicimizi gücləndirəcək və sosial media hesablarımızı idarə edəcək təcrübəli SMM Menecer axtarır.
Vəzifə Öhdəlikləri:
- Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok və s.) idarə olunması;
- Aylıq və həftəlik kontent planlarının hazırlanması;
- Məhsul və xidmətlərlə bağlı mətn, foto və video kontentlərin hazırlanmasının təşkili;
- Obyekt çəkilişləri: Şirkətin satış nöqtələrinə, anbarlarına və tikinti obyektlərinə gedərək foto/video (Reels/TikTok) çəkilişlərinin aparılması;
- Instagram, Facebook, TikTok və digər platformalarda paylaşımların yerləşdirilməsi;
- Reklam kampaniyalarının hazırlanması və idarə olunması;
- Sosial şəbəkələrdən daxil olan mesaj və müraciətlərin cavablandırılması;
- Sosial media göstəricilərinin təhlil edilməsi və hesabatların hazırlanması;
- Şirkətin korporativ üslubunun sosial media platformalarında qorunması;
- Satış və digər şöbələrlə koordinasiyalı fəaliyyət göstərilməsi.
Namizədə Dair Tələblər:
- SMM və rəqəmsal marketinq sahəsində iş təcrübəsi;
- Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı;
- Sosial media platformalarının iş prinsiplərini yaxşı bilmək;
- Kontent hazırlamaq və yaradıcı ideyalar təqdim etmək bacarığı;
- Obyekt və sahələrə gedib çəkiliş aparmaq bacarığı;
- Meta Business Suite və reklam alətləri üzrə biliklər;
- Canva, CapCut və digər dizayn/video proqramları ilə işləmək bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
- Portfolio təqdim edən namizədlərə üstünlük veriləcək.
İş Şəraiti və Təminat:
- İş rejimi: Həftədə 5 gün, 8 saatlıq iş qrafiki;
- İş yeri / Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 1C (*"İstikbal Mebel Outlet Bakıxanov"*un yanı, "Koroğlu" m/st-dən 1.2 km məsafədə);
- Əməkhaqqı: Razılaşma yolu ilə (Müsahibə əsasında müəyyən edilir);
- Peşəkar inkişaf və şirkət daxilində karyera imkanı.
Maraqlanan namizədlər CV və portfoliolarını mövzu hissəsində “SMM Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.