SMM Menecer

  • Истекает 22 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

"İnversal" MMC tikinti materiallarının satışı və podrat layihələri sahəsində fəaliyyət göstərən peşəkar komandamıza rəqəmsal platformalarda brend imicimizi gücləndirəcək və sosial media hesablarımızı idarə edəcək təcrübəli SMM Menecer axtarır.

Vəzifə Öhdəlikləri:

  • Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok və s.) idarə olunması;
  • Aylıq və həftəlik kontent planlarının hazırlanması;
  • Məhsul və xidmətlərlə bağlı mətn, foto və video kontentlərin hazırlanmasının təşkili;
  • Obyekt çəkilişləri: Şirkətin satış nöqtələrinə, anbarlarına və tikinti obyektlərinə gedərək foto/video (Reels/TikTok) çəkilişlərinin aparılması;
  • Instagram, Facebook, TikTok və digər platformalarda paylaşımların yerləşdirilməsi;
  • Reklam kampaniyalarının hazırlanması və idarə olunması;
  • Sosial şəbəkələrdən daxil olan mesaj və müraciətlərin cavablandırılması;
  • Sosial media göstəricilərinin təhlil edilməsi və hesabatların hazırlanması;
  • Şirkətin korporativ üslubunun sosial media platformalarında qorunması;
  • Satış və digər şöbələrlə koordinasiyalı fəaliyyət göstərilməsi.

Namizədə Dair Tələblər:

  • SMM və rəqəmsal marketinq sahəsində iş təcrübəsi;
  • Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı;
  • Sosial media platformalarının iş prinsiplərini yaxşı bilmək;
  • Kontent hazırlamaq və yaradıcı ideyalar təqdim etmək bacarığı;
  • Obyekt və sahələrə gedib çəkiliş aparmaq bacarığı;
  • Meta Business Suite və reklam alətləri üzrə biliklər;
  • Canva, CapCut və digər dizayn/video proqramları ilə işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Portfolio təqdim edən namizədlərə üstünlük veriləcək.

İş Şəraiti və Təminat:

  • İş rejimi: Həftədə 5 gün, 8 saatlıq iş qrafiki;
  • İş yeri / Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 1C (*"İstikbal Mebel Outlet Bakıxanov"*un yanı, "Koroğlu" m/st-dən 1.2 km məsafədə);
  • Əməkhaqqı: Razılaşma yolu ilə (Müsahibə əsasında müəyyən edilir);
  • Peşəkar inkişaf və şirkət daxilində karyera imkanı.

Maraqlanan namizədlər CV və portfoliolarını mövzu hissəsində “SMM Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily93
  • Weekly467
  • Monthly2144