Əsas vəzifələr:
- Şirkətin İT və fiziki təhlükəsizlik sistemlərinin idarə olunması və monitorinqinin aparılması;
- Təhlükəsizlik siyasətləri və prosedurlarının hazırlanması və tətbiqi;
- Məlumatların qorunmasının təmin olunması və kibertəhlükəsizlik risklərinin idarə olunması;
- Şəbəkə və sistem təhlükəsizliyinə nəzarət edilməsi;
- Təhlükəsizlik insidentlərinin təhlili və operativ cavab tədbirlərinin həyata keçirilməsi;
- Rəhbərliyə təhlükəsizliklə bağlı mütəmadi hesabatların təqdim olunması.
Namizədə tələblər:
- İnformasiya texnologiyaları, kibertəhlükəsizlik və ya müvafiq sahə üzrə ali təhsil;
- İT və informasiya təhlükəsizliyi sahəsində ən azı 2 il iş təcrübəsi;
- Şəbəkə təhlükəsizliyi, firewall-lar və antivirus sistemləri barədə biliklər;
- Azərbaycan dili və ingilis dilində sərbəst danışıq və yazı bacarığı (rus dili biliyi üstünlükdür);
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi.
Təklif edirik:
- İş saatları: 09:00 - 18:00;
- İstirahət günləri: Şənbə və Bazar;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Tibbi sığorta: Təmin edilir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.