Invest AZ QSC Invest AZ QSC
  • 578

Invest AZ QSC

Financial services

İnvestisiya Xidmətləri üzrə Mütəxəssis

İnvestisiya Xidmətləri üzrə Mütəxəssis

  • Deadline 17 March 2026

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil - İqtisadi sahələrdən olan namizədlərə  üstünlük veriləcəkdir.
  • Dil bilikləri: Azərbaycan dili - mükəmməl, Rus və İngilis dilləri - orta səviyyə;
  • Kompüter bilikləri: Microsoft Office və digər müvafiq proqramlar üzrə biliklər;
  • İnvestisiya fəaliyyətinə və qiymətli kağızlar bazarına aid qanunvericilik üzrə biliklər və investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələri.

Tələb olunan bacarıqlar:

  • Dəqiqlik və Detallara Diqqət: Hər bir sənədin düzgün tərtibi və məlumatların doğruluğu vacibdir;
  • Zaman İdarəetməsi və Prioritetləşdirmə: Vaxtı düzgün idarə etmək və ən önəmli işləri öncəliklə həll etmək bacarığı;
  • Sənədlərlə Hüquqi və Normativ Qaydalara Uyğun İşləmək: Hüquqi tələbləri və standartları bilmək və onlara riayət etmə bacarığı;
  • Ünsiyyət və Təsir Etmək: Müştərilərlə və komanda üzvləri ilə effektiv ünsiyyət qurma bacarığı;
  • Problemləri Həll Etmək: Qarşıya çıxan çətinliklərə sürətli və doğru həll yolları tapmaq.
  • Müasir bazar trendləri və sektor yenilikləri barədə məlumatlılıq

Vəzifə öhdəlikləri:

  • İnvestisiya xidmətlərinin effektiv aparılmasında və təklif edilməsində aktiv iştirak etmək;
  • Bazarın gündəlik monitorinqi və bazar trendlərinin təhlili
  • Qiymətli kağızlar və investisiya xidmətləri üzrə investisiya təkliflərinin hazırlanması
  • İnvestisiya əməliyyatlarının icrasında iştirak və əməliyyatların düzgünlüyünə nəzarət
  • Müştərilərə investisiya məhsulları və bazar şərtləri barədə məlumat və məsləhətlərin verilməsi
  • İnvestisiya qərarlarının mövcud qanunvericilik və daxili qaydalara uyğunluğunun təmin edilməsi
  • Qanunvericilik və daxili qaydalar ilə tələb olunan hesabat və məlumatların hazırlanması
  • Sənədləşmə işlərinin qurulması, təşkili və həyata keçirilməsində iştirak etmək;
  • Müştəri sifarişlərinin icrasını təmin etmək və mövcud əməliyyatların müvafiq sistemə daxil edilməsi və aparılması həyata keçirmək;
  • Sorğuların operativ həlli vasitəsilə müştəri məmnuniyyətinin davamlı yüksəldilməsi
  • Daxili nəzarət, audit və komplayens tələblərinə prosedurlarına tam uyğunluğun təmin edilməsi
  • Cəmiyyəti təmsil edən nümayəndə qismində tədbir, treyninq, konfrans və seminarlarda iştirak etmək və ya çıxışlar etmək.

Təklif edirik:

  • İş saatları: 09:00 - 18:00;
  • İstirahət günləri: Şənbə və Bazar;
  • Nahar: Şirkət tərəfindən təmin olunur;
  • Tibbi sığorta: Təmin edilir.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily107
  • Weekly349
  • Monthly1645