Namizədə tələblər:
- Təhsil: Ali təhsil - İqtisadi sahələrdən olan namizədlərə üstünlük veriləcəkdir.
- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, Rus və İngilis dilləri - orta səviyyə;
- Kompüter bilikləri: Microsoft Office və digər müvafiq proqramlar üzrə biliklər;
- İnvestisiya fəaliyyətinə və qiymətli kağızlar bazarına aid qanunvericilik üzrə biliklər və investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələri.
Tələb olunan bacarıqlar:
- Dəqiqlik və Detallara Diqqət: Hər bir sənədin düzgün tərtibi və məlumatların doğruluğu vacibdir;
- Zaman İdarəetməsi və Prioritetləşdirmə: Vaxtı düzgün idarə etmək və ən önəmli işləri öncəliklə həll etmək bacarığı;
- Sənədlərlə Hüquqi və Normativ Qaydalara Uyğun İşləmək: Hüquqi tələbləri və standartları bilmək və onlara riayət etmə bacarığı;
- Ünsiyyət və Təsir Etmək: Müştərilərlə və komanda üzvləri ilə effektiv ünsiyyət qurma bacarığı;
- Problemləri Həll Etmək: Qarşıya çıxan çətinliklərə sürətli və doğru həll yolları tapmaq.
- Müasir bazar trendləri və sektor yenilikləri barədə məlumatlılıq
Vəzifə öhdəlikləri:
- İnvestisiya xidmətlərinin effektiv aparılmasında və təklif edilməsində aktiv iştirak etmək;
- Bazarın gündəlik monitorinqi və bazar trendlərinin təhlili
- Qiymətli kağızlar və investisiya xidmətləri üzrə investisiya təkliflərinin hazırlanması
- İnvestisiya əməliyyatlarının icrasında iştirak və əməliyyatların düzgünlüyünə nəzarət
- Müştərilərə investisiya məhsulları və bazar şərtləri barədə məlumat və məsləhətlərin verilməsi
- İnvestisiya qərarlarının mövcud qanunvericilik və daxili qaydalara uyğunluğunun təmin edilməsi
- Qanunvericilik və daxili qaydalar ilə tələb olunan hesabat və məlumatların hazırlanması
- Sənədləşmə işlərinin qurulması, təşkili və həyata keçirilməsində iştirak etmək;
- Müştəri sifarişlərinin icrasını təmin etmək və mövcud əməliyyatların müvafiq sistemə daxil edilməsi və aparılması həyata keçirmək;
- Sorğuların operativ həlli vasitəsilə müştəri məmnuniyyətinin davamlı yüksəldilməsi
- Daxili nəzarət, audit və komplayens tələblərinə prosedurlarına tam uyğunluğun təmin edilməsi
- Cəmiyyəti təmsil edən nümayəndə qismində tədbir, treyninq, konfrans və seminarlarda iştirak etmək və ya çıxışlar etmək.
Təklif edirik:
- İş saatları: 09:00 - 18:00;
- İstirahət günləri: Şənbə və Bazar;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Tibbi sığorta: Təmin edilir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.