Vəzifə öhdəlikləri
- Müəssisəyə daxil olan və çıxan malların qeyd olunması üçün, inventar üçün, açarların təhvil təslimi üçün müvafiq tapşırıqları yerinə yetirməli və müəssisə personalından əlavə kənar şəxslər gəldikdə jurnalda qeydlər aparmalı
- İşçilərin giriş-çıxış saatlarına nəzarət etməli və müvafiq qeydləri aparmalı
- Mühafizə fəaliyyətini icra edən zaman ayıq-sayıq olmalı və fasilələrə yol verməməli
- Mühafizə olunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material, əmlak və xammala dair müvafiq sənədləri tələb etməli, yoxlamalı və təsdiq etməlidir
- Müəssisəyə məxsus olan əmtəə-maddi dəyərlərin oğurlanması kimi halların baş verməsi zamanı dərhal mühafizə rəisinə məlumat verməli və müəssisə rəhbərliyinin göstərişlərinə uyğun hərəkət etməlidir
İş şəraiti
- Əmək haqqı - 600 manat.
- İş qrafiki:Növbəli
- İş yeri: Bakı şəhəri, Abşeron rayonu Hökməli
Tələblər
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər(Müvafiq vəzifədə)
- Yaş: 25 - 45
- Cins: Bəy namizədlərə üstünlük veriləcəkdir
- Ünvana yaxın ərazidə yaşaması üstünlükdür
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.