Vəzifə öhdəlikləri:
- Şirkətdə istifadə olunan IT sistemləri və proqram təminatlarının gündəlik administrasiyası və texniki dəstəyi;
- İstifadəçi hesablarının yaradılması, sazlanması və giriş hüquqlarının idarə olunması;
- Windows, şəbəkə və proqram təminatı ilə bağlı problemlərin ilkin diaqnostikası və aradan qaldırılması;
- GPS/IoT, video monitorinq və digər texniki platformaların öyrənilməsi və idarə olunması;
- IP kamera, DVR/NVR/MDVR və əlaqəli avadanlıqların sazlanması və işləkliyinin yoxlanılması;
- Router, modem, SIM/4G bağlantıları və şəbəkə parametrlərinin ilkin sazlanması;
- Cihazların server və platformalara qoşulması ilə bağlı problemlərin araşdırılması;
- Sistem loglarının və texniki məlumatların yoxlanılması;
- Uzaqdan qoşulma vasitələri ilə istifadəçilərə texniki dəstəyin göstərilməsi;
- Görülmüş işlərin, sazlamaların və texniki problemlərin qeydiyyatı və sənədləşdirilməsi;
- Həll olunmayan texniki məsələlərin düzgün şəkildə aidiyyəti üzrə eskalasiyası.
Tələblər:
- IT Help Desk, Technical Support və ya Junior System Administrator üzrə baza bilikləri;
- Windows əməliyyat sistemi üzrə yaxşı bilik;
- TCP/IP, IP, DNS, DHCP, port, LAN/WAN üzrə baza bilikləri;
- IP kamera, DVR/NVR/MDVR və video müşahidə sistemləri haqqında ümumi anlayış;
- Kamera IP, port, stream, codec, bitrate və şəbəkə parametrləri barədə baza bilikləri;
- Router, modem, SIM kart və 4G/LTE bağlantılarının ilkin sazlanmasını bacarmaq;
- AnyDesk, TeamViewer, Remote Desktop kimi uzaqdan dəstək vasitələri ilə işləmək;
- Linux, SSH, server, API və log anlayışları üstünlükdür;
- Rus dili – mütləq;
- İngilis dili – orta səviyyə;
- Yeni sistemləri sürətli öyrənmək, analitik düşünmək və problemi mərhələli araşdırmaq bacarığı;
- Məsuliyyətli, diqqətli və sistemli işləmək.
Təminatlar:
- Rəsmi işə qəbul;
- Korporativ mühit;
- Stabil əmək haqqı;
- Peşəkar və praktiki təlim, kənar təlimlərdə iştirk;
- Sistem administrasiyası, GPS/IoT, server və video sistemləri üzrə inkişaf imkanı;
- Real layihələr üzərində praktiki təcrübə;
- Performansa uyğun əmək haqqı və karyera artımı.
- Korporativ mobil rabitə
İş barədə məlumat:
- Şirkətdə istifadə olunan IT sistemləri və proqram təminatlarına texniki dəstək;
- İstifadəçi hesablarının yaradılması və giriş hüquqlarının idarə olunması;
- Windows, şəbəkə və proqram problemlərinin ilkin diaqnostikası;
- IP kamera, DVR/NVR/MDVR və video sistemlərinin sazlanması və texniki dəstəyi;
- Yeni proqram və platformaların öyrənilməsi və administrasiyası;
- Texniki problemlərin qeydiyyatı və zəruri hallarda eskalasiyası.
- Əmək haqqı: Əmək müqaviləsi əsasında net 700 AZN başlayır, iş həcmlərinə və layihəyə uygun dövrü mükafatlar təmin edilir
- Tam iş günü: I-V – 09.00-18.00, VI – 10.00-16.00 (ehtiyac olarsa)
- İş yeri: Bakı şəhəri
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə - 0502907058