Texniki Dəstək Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki Dəstək Mütəxəssisi

  • Deadline 28 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətdə istifadə olunan IT sistemləri və proqram təminatlarının gündəlik administrasiyası və texniki dəstəyi;
  • İstifadəçi hesablarının yaradılması, sazlanması və giriş hüquqlarının idarə olunması;
  • Windows, şəbəkə və proqram təminatı ilə bağlı problemlərin ilkin diaqnostikası və aradan qaldırılması;
  • GPS/IoT, video monitorinq və digər texniki platformaların öyrənilməsi və idarə olunması;
  • IP kamera, DVR/NVR/MDVR və əlaqəli avadanlıqların sazlanması və işləkliyinin yoxlanılması;
  • Router, modem, SIM/4G bağlantıları və şəbəkə parametrlərinin ilkin sazlanması;
  • Cihazların server və platformalara qoşulması ilə bağlı problemlərin araşdırılması;
  • Sistem loglarının və texniki məlumatların yoxlanılması;
  • Uzaqdan qoşulma vasitələri ilə istifadəçilərə texniki dəstəyin göstərilməsi;
  • Görülmüş işlərin, sazlamaların və texniki problemlərin qeydiyyatı və sənədləşdirilməsi;
  • Həll olunmayan texniki məsələlərin düzgün şəkildə aidiyyəti üzrə eskalasiyası.

Tələblər:

  • IT Help Desk, Technical Support və ya Junior System Administrator üzrə baza bilikləri;
  • Windows əməliyyat sistemi üzrə yaxşı bilik;
  • TCP/IP, IP, DNS, DHCP, port, LAN/WAN üzrə baza bilikləri;
  • IP kamera, DVR/NVR/MDVR və video müşahidə sistemləri haqqında ümumi anlayış;
  • Kamera IP, port, stream, codec, bitrate və şəbəkə parametrləri barədə baza bilikləri;
  • Router, modem, SIM kart və 4G/LTE bağlantılarının ilkin sazlanmasını bacarmaq;
  • AnyDesk, TeamViewer, Remote Desktop kimi uzaqdan dəstək vasitələri ilə işləmək;
  • Linux, SSH, server, API və log anlayışları üstünlükdür;
  • Rus dili – mütləq;
  • İngilis dili – orta səviyyə;
  • Yeni sistemləri sürətli öyrənmək, analitik düşünmək və problemi mərhələli araşdırmaq bacarığı;
  • Məsuliyyətli, diqqətli və sistemli işləmək.

Təminatlar:

  • Rəsmi işə qəbul;
  • Korporativ mühit;
  • Stabil əmək haqqı;
  • Peşəkar və praktiki təlim, kənar təlimlərdə iştirk;
  • Sistem administrasiyası, GPS/IoT, server və video sistemləri üzrə inkişaf imkanı;
  • Real layihələr üzərində praktiki təcrübə;
  • Performansa uyğun əmək haqqı və karyera artımı.
  • Korporativ mobil rabitə 

İş barədə məlumat:

  • Şirkətdə istifadə olunan IT sistemləri və proqram təminatlarına texniki dəstək;
  • İstifadəçi hesablarının yaradılması və giriş hüquqlarının idarə olunması;
  • Windows, şəbəkə və proqram problemlərinin ilkin diaqnostikası;
  • IP kamera, DVR/NVR/MDVR və video sistemlərinin sazlanması və texniki dəstəyi;
  • Yeni proqram və platformaların öyrənilməsi və administrasiyası;
  • Texniki problemlərin qeydiyyatı və zəruri hallarda eskalasiyası.
  • Əmək haqqı: Əmək müqaviləsi əsasında net 700 AZN başlayır, iş həcmlərinə və layihəyə uygun dövrü mükafatlar təmin edilir
  • Tam iş günü: I-V – 09.00-18.00, VI – 10.00-16.00 (ehtiyac olarsa)
  • İş yeri: Bakı şəhəri

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə - 0502907058

  • Daily116
  • Weekly652
  • Monthly2405