Hüquqşünas

  • Истекает 25 декабрь 2026

Hüquqşünas vakansiyası üzrə təcrübəli və peşəkar mütəxəssisləri komandamıza dəvət edirik!

 

Namizədə tələblər:

• Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;

• Hüquq sahəsində minimum 3 il iş təcrübəsi;

• Azərbaycan, rus və ingilis dili mütləqdir.

• Azərbaycan Respublikasının mülki, mülki prosessual, inzibati xətalar, inzibati prosessual, əmək qanunvericiliyi və cinayət prosessual qanunvericiliyi üzrə biliklər;

• Məhkəmə və dövlət orqanlarında təmsilçilik, prosessual sənədlərin hazırlanması və hüquqi yazışmaların aparılması üzrə təcrübə;

• Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, təhlili və ekspertizası bacarığı;

• Hüquqi risklərin müəyyənləşdirilməsi və təhlili bacarığı;

• MS Office proqramlarında işləmək bacarığı;

• Analitik düşünmə, araşdırma, problem həll etmə və qərarvermə bacarıqları;

• Komandada işləmək, vaxtı düzgün idarə etmək və detallara diqqət yetirmək bacarığı.

 

İş şəraiti:

 

📍 Ünvan: Xəzər rayonu, Buzovna qəsəbəsi

🚌 Servis xidməti: 20 Yanvar və Koroğlu istiqamətlərində servis xidməti mövcuddur.

🕘 İş qrafiki: 5 günlük, tam iş günü (09:00–18:00)

 

Müraciət qaydası:

Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily27
  • Weekly310
  • Monthly1783