Hüquqşünas vakansiyası üzrə təcrübəli və peşəkar mütəxəssisləri komandamıza dəvət edirik!
Namizədə tələblər:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- Hüquq sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dili mütləqdir.
- Azərbaycan Respublikasının mülki, mülki prosessual, inzibati xətalar, inzibati prosessual, əmək qanunvericiliyi və cinayət prosessual qanunvericiliyi üzrə biliklər;
- Məhkəmə və dövlət orqanlarında təmsilçilik, prosessual sənədlərin hazırlanması və hüquqi yazışmaların aparılması üzrə təcrübə;
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, təhlili və ekspertizası bacarığı;
- Hüquqi risklərin müəyyənləşdirilməsi və təhlili bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşünmə, araşdırma, problem həll etmə və qərarvermə bacarıqları;
- Komandada işləmək, vaxtı düzgün idarə etmək və detallara diqqət yetirmək bacarığı.
İş şəraiti:
- Ünvan: Xəzər rayonu, Buzovna qəsəbəsi
- Servis xidməti: 20 Yanvar və Koroğlu istiqamətlərində servis xidməti mövcuddur.
- İş qrafiki: 5 günlük, tam iş günü (09:00–18:00)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.