Namizədə tələblər
- Güclü şifahi və yazılı korporativ danışıqların aparılması, təqdimat bacarıqları
- Dəqiqlik, innovativ düşünmə, operativlik, detallara fikir vermə qabiliyyəti
- Məsuliyyətli, nəzakətli, disiplinli, prinsip və dəyərlərə sadiqlik
- Analitik düşünmə, təhlil etmə, qərar vermə, planlama və problem həll etmə bacarıqları
- Daim öyrənməyə meyilli, paralel olaraq bir neçə tapşırığı idarə etmək bacarığı
- Təchizat sahəsində sənəd dövriyyəsinin aparılması bacarığı
- Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)
- Sərbəst danışıq və yazışma səviyyəsində Azərbaycan və İngilis dili biliyi, Rus dili biliyi üstünlükdür
- Güclü kompüter istifadəçisi, sürətli çap
- MS Office (Word, Excel, Outlook, Power Point, Outlook) bilik və səriştəsi– İşgüzar geyim, səlist nitq və danışıqlar aparma bacarığı
- Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
- İş təcrübəsi – 1-3 il
Vakansiya üzrə vəzifələr
- Yerli və Xarici bazarın araşdırılması, təchizatçı bazasının müntəzəm olaraq yenilənməsi
- Təchizatçılardan mütəmadi olaraq yenilənmiş qiymət cədvəllərinin alınması
- Təchizatçılardan sorğulara uyğun qiymət təkliflərinin alınması
- Təchizatçılardan gələn təkliflərin müqayisəli təhlilini apararaq, rəhbərliyə təqdim edilməsi
- Təsdiqlənmiş məhsulların və xidmətlərin sifarişi
- Sifarişlərin statuslarının izlənilməsi, vaxtında çatdırılmasının təşkili və nəzarəti
- Daşıma və gömrük prosesini nəzarətdə saxlayaraq, invoice və s. kimi sənədləri aidiyyatı şəxslərə göndərmək
- Gömrük rəsmiləşdirilməsi zamanı məhsullar və sənədlərlə bağlı sualların cavablandırılması
- Yerli və beynəlxalq satış mütəxəssislərimiz üçün qiymət cədvəlləri hazırlayıb, yeniləmək
- Qiymətləndirmə və satınalma üzrə bütün sənədləşdirmə işlərinin sistemli şəkildə daxili ERP proqramında düzgün, əhatəli şəkildə qeydiyyatı
- Ödəniş sənədlərinin verilmiş sifarişə uyğunluğunun təsdiqlənib mühasibatlıq şöbəsinə təqdim edilməsi
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
- Görülmüş işlər və planlar barədə aylıq və illik hesabatların hazırlanması
İş şəraiti
- İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00 – 18:00, Şənbə günü (xüsusi hallarda, əlavə ödənişli olaraq)
- Əmək haqqı: stabil əmək haqqı + bonus (tələblərə cavab verən namizədin istəyi nəzərə alınır)
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun qeydiyyat
- Bir aylıq ödənişli sınaq müddəti
- Məhsul və xidmətlər haqqında təlimlər
- Əməkhaqqı 1000 - 1500 AZN
Uyğun namizədlərdən CV-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.