İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- Nəqliyyat: Bakıdan servis ilə təmin olunur
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
- İş növü: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Əmək haqqı: 1300 AZN
Vəzifə öhdəlikləri:
- SCADA sistemləri, ERP platformaları, GPS monitorinq və digər İT/təhlükəsizlik həlləri üzrə avadanlıq, proqram təminatı və xidmətlərin satınalma prosesinin təşkili
- Yerli və beynəlxalq təchizatçılarla danışıqların aparılması, kommersiya təkliflərinin toplanması, müqayisəsi və təhlili
- Satınalma müqavilələrinin hazırlanması, idarə olunması və icrasına nəzarət
- Satınalma sifarişlərinin vaxtında və dəqiq icrasının təmin edilməsi
- Təchizat zəncirində risklərin təhlili və alternativ təchizatçıların müəyyən edilməsi
- Anbar, texniki və layihə komandaları ilə sıx əməkdaşlıq
- Satınalma üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat, logistika, idarəetmə və ya texniki sahələrə üstünlük verilir)
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi (İT və ya texnoloji layihələrdə təcrübə üstünlükdür)
- İngilis dili – yaxşı səviyyədə
- Rus dili – yaxşı səviyyədə
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Analitik düşünmə, danışıqlar aparma və vaxtın idarə edilməsi bacarığı
- Məsuliyyətli, detallara diqqətli və komanda ilə effektiv işləmə qabiliyyəti
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.