Reklam kampaniyalarından real nəticə əldə edə bilirsiniz? Əgər sizin üçün digital reklam sadəcə yerləşdirmə deyil, ölçülə bilən performans və biznes artımıdırsa — sizi komandamıza dəvət edirik.
Vəzifənin məqsədi
Brendlərin rəqəmsal mövqeyini gücləndirmək və satış performansını artırmaq məqsədilə effektiv reklam kampaniyalarının planlanması, idarə olunması və optimizasiyası.
Əsas vəzifələr
- Digital media planların hazırlanması (məqsədlər, KPI-lar, büdcə və proqnoz)
- Instagram, Facebook, TikTok, YouTube və digər platformalarda reklam kampaniyalarının qurulması və idarə edilməsi
- Google Ads, YouTube Ads, Display Network və Yandex Direct üzrə kampaniyaların optimizasiyası
- SEO və kontekst reklamlarının effektiv idarə olunması
- Şirkətin veb-saytı, mobil tətbiqi və “landing”-lərin rəqəmsal təşviqi
- ROAS, CPA, CTR və digər göstəricilər üzrə performans təhlili
- Rəqiblərin digital fəaliyyətinin analizi
- Həftəlik, aylıq və illik hesabatların hazırlanması
- Reklam büdcələrinə və ödəniş proseslərinə nəzarət
Tələblər
- Digital marketing sahəsində minimum 2 il iş təcrübəsi
- Target və kontekst reklamlarının müstəqil şəkildə qurulması bacarığı
- Google Analytics və Yandex Metrika üzrə güclü analitik biliklər
- SEO üzrə praktik təcrübə
- Analitik düşüncə və nəticəyönümlü yanaşma
- Agentlik və ya iri layihələrdə iş təcrübəsi üstünlükdür
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət
- İngilis dili – danışıq səviyyəsində
Google və Performance marketing üzrə sertifikatlar üstünlükdür.
Təklif edirik
- Lüks retail sektorunda stabil və strukturlaşdırılmış iş mühiti
- Real biznes nəticələrinə birbaşa təsir imkanı
- Peşəkar və dinamik komanda
- Rəqabətədavamlı əmək haqqı
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu: Digital Advertising Specialist