Vəzifə öhdəlikləri:
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM-si bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS), e-sosial sisteminə vakant yerlərin işlənilməsi, işə qəbul və işdən çıxan əməkdaşların İSB –yə uyğun olaraq vaxtında daxil edilməsi;
- Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması; verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi, işçilərə illik məzuniyyətlərin verilməsi (əmrlərin düzgün tərtibi, uzatmalar, staj, işə başlama tarixlərinə nəzarət) və ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
- Əmək haqqı kartlarının açılması və sifarişi;
- Şirkət üzrə bütün növ əmrlərin (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,), əmək kitabçalarının, xidməti müqavilələrin, əlavə razılaşmalarının, təhvil-təslim aktlarının və xitamların yazılmasını icra etmək;
- Mövcud vakansiyaların təhlili, elanların hazırlanması və yerləşdirilməsi. Vakansiyalar üzrə namizədlərin aktiv axtarışı və cəlb edilməsi.
Tələblər:
- İnsan resursları, idarəetmə və ya əlaqəli sahədə ali təhsil
- HR sahəsində minimum 1–3 il iş təcrübəsi
- Əmək qanunvericiliyi üzrə biliklər
- Ünsiyyət və təşkilatçılıq bacarıqları yüksək səviyyədə
- MS Office proqramlarında işləmək bacarığı
- Azərbaycan və rus dili sərbəst
Şəhər: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.