İş şəraiti:
- İş yeri: Bakı şəhəri (və ezam olunan regionlar)
- İş qrafiki: 6 günlük (B.e – Cümə ax.)
- İş saatı: 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00 – 14:00
- Əmək haqqı: 1200 – 1500 AZN (təcrübəyə uyğun müəyyən olunur)
- Rəsmi əmək müqaviləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən
Vəzifə öhdəlikləri
- CCTV, Access Control və digər təhlükəsizlik sistemləri üzrə layihələrin planlaşdırılması və koordinasiyası
- Texniki həllərin hazırlanması və layihə sənədlərinin tərtibi
- Layihə sənədlərinin hazırlanması (BOQ, spesifikasiya, sxemlər və s.)
- Obyektlərdə baxış (site survey) keçirilməsi və texniki analiz aparılması
- Material və avadanlıq siyahısının hazırlanması və uyğunluğun yoxlanılması
- Təchizat və montaj prosesinin icrasına nəzarət və koordinasiya
- Sahə komandası ilə işin təşkili və proseslərin düzgün idarə olunması
- Müştərilərlə texniki görüşlərdə iştirak və layihənin təqdim edilməsi
- Texniki risklərin müəyyənləşdirilməsi və operativ həllərin təklif edilməsi
- Layihənin icra sonrası test, yoxlama və təhvil-təslim prosesinin təşkili
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Namizədə tələblər
- Yaş həddi: 20 – 40
- Təhlükəsizlik sistemləri sahəsində minimum 1 il iş təcrübəsi
- Elektronika / Telekommunikasiya / İT və ya uyğun sahə üzrə ali təhsil
- Azərbaycan dili sərbəst, texniki ingilis dili biliyi (rus dili üstünlükdür)
- CCTV və Access Control sistemləri üzrə texniki bilik
- Layihə çertyojlarını oxuma və anlama bacarığı
- Layihə sənədlərinin hazırlanmasında təcrübə
- Şəbəkə əsasları üzrə bilik (CCNA sertifikatı üstünlükdür)
- MS Office proqramları, xüsusilə Excel üzrə yüksək bilik
- Analitik düşüncə, məsuliyyət və nəticəyönümlülük
- Komanda ilə işləmə və ünsiyyət bacarığı
- Planlama və prioritetləşdirmə bacarığı
Biz nə təklif edirik
- Rəsmi işə qəbul və stabil əmək haqqı
- Peşəkar komandada inkişaf və karyera perspektivi
- Layihə əsaslı dinamik iş mühiti
- Təcrübəyə uyğun əmək haqqı artımı imkanı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihə Mütəxəssisi” qeyd etməklə [email protected] , [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Ünvan: Bakı şəhəri ,Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ,"Çinar Park" Biznes Mərkəzi, Bina 3, Blok A, 4-cü mərtəbə
Əlaqə:
- +994 50 288 00 81
- +994 10 239 66 54