ITech Group ITech Group
  • 710

ITech Group

IT

Layihə Meneceri Asistantı (Project Manager Assistant)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə Meneceri Asistantı (Project Manager Assistant)

  • Deadline 4 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Öhdəlikləri:

  • Layihə planlarının və iş qrafiklərinin hazırlanmasında iştirak
  • Tapşırıqların icra vəziyyətinin izlənməsi və yenilənməsi
  • Görüşlərin təşkili, protokolların hazırlanması və paylaşılması
  • Layihə sənədlərinin hazırlanması və arxivləşdirilməsi
  • Həftəlik və aylıq hesabatların hazırlanması
  • Komanda üzvləri və müştərilər arasında koordinasiyanın təmin edilməsi
  • Büdcə və xərclərin izlənməsində dəstək
  • Risklərin müəyyən edilməsində və problemlərin vaxtında eskalasiyasında iştirak

Tələblər:

  • BƏY namizədlərə üstünlük veriləcəkdir
  • İdarəetmə, iqtisadiyyat, biznesin təşkili və ya oxşar sahə üzrə ali təhsil
  • Layihələrin idarə olunması sahəsində minimum 1 il iş təcrübəsi (üstünlükdür)
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə Excel və PowerPoint)
  • Layihə idarəetmə alətləri ilə işləmə təcrübəsi (məsələn, Microsoft Project, Trello, Jira)
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı
  • Analitik düşüncə və detallara diqqət
  • Vaxtın effektiv idarə olunması bacarığı
  • Komandada işləmək bacarığı

İş barədə məlumat:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri
  • Karyera inkişafı və təlim imkanları
  • Stabil və peşəkar iş mühiti
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
  • Əmək haqqı danışıq yolu ilə 800 - 1000 Azn arası (namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunur).

 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily2
  • Weekly562
  • Monthly565