Elektrik mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik mühəndisi

  • Deadline 15 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

iVolt şirkəti məsuliyyətli, analitik düşüncəyə malik, texniki bilik və praktiki təcrübəsi olan Elektrik mühəndislərini komandaya qoşulmağa dəvət edir. Enerji və elektromobil sahəsində fəaliyyət göstərən dinamik şirkətdə müasir elektrik sistemlərinin layihələndirilməsi, texniki həllərin hazırlanması və elektrik avadanlıqları ilə işləmək, peşəkar biliklərinizi inkişaf etdirmək və innovativ layihələrdə iştirak etmək imkanı sizi gözləyir.

Vəzifə öhdəlikləri:

  • Elektrik təchizatı sistemlərinin layihələndirilməsi, təkxətt sxemlərinin, plan və kabel marşrutlarının hazırlanması;
  • Elektrik yükləri və digər texniki hesablamaların aparılması;
  • Elektrik avadanlıqları, kabellər, qoruyucu qurğular və digər materialların seçilməsi;
  • Material və işçilik siyahılarının hazırlanması və sifariş prosesinin koordinasiyası;
  • Layihə və texniki sənədlərin hazırlanması və sənədləşmə prosesinin idarə olunması;
  • Tikinti və montaj işlərinə texniki nəzarətin həyata keçirilməsi və işlərin təhvil alınması;
  • Podratçı və tikinti şirkətləri ilə texniki məsələlərin koordinasiyası;
  • Mövcud elektrik sistemlərinə texniki baxışların keçirilməsi və texniki problemlərin həlli;
  • Layihələrin icrası zamanı texniki uyğunluğun və təhlükəsizlik tələblərinin təmin edilməsi;

Tələblər:

  • Müvafiq sahədə 2–3 il iş təcrübəsi;
  • Elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Elektrik sistemlərinin layihələndirilməsi və texniki hesablamalar üzrə bilik;
  • AutoCAD və ya oxşar proqramlarda işləmək bacarığı;
  • Adobe Photoshop üzrə praktiki bilik və bacarıqlar əlavə üstünlükdür;
  • Elektrik sxemlərini və texniki çertyojları oxumaq bacarığı;
  • Layihə və texniki sənədlərlə işləmək bacarığı;
  • Elektrik avadanlıqları və montaj prosesləri haqqında praktiki bilik;
  • Normativ-texniki tələblər barədə ümumi anlayış;

Şəxsi keyfiyyətlər:

  • Analitik və sistemli düşüncə;
  • Yüksək diqqət və dəqiqlik;
  • Texniki problemləri operativ təhlil etmək və effektiv həll etmək bacarığı;
  • Yüksək məsuliyyət və iş intizamı;
  • Çevik və nəticəyönümlü yanaşma;
  • Təhlükəsizlik və keyfiyyət standartlarına riayət;

Şirkətin təklifləri:

  • Könüllü tibbi sığorta (sınaq müddətindən sonra);
  • Peşəkar və dinamik iş mühiti;
  • Stabil əmək haqqı və performansa əsaslanan inkişaf imkanları;
  • Şirkətdaxili təlimlər və peşəkar inkişaf dəstəyi;
  • Enerji və elektromobil sahəsində praktiki biliklər əldə etmək imkanı.

Əlavə məlumat:

  • İş saatları: 09:00 - 18:00 (Bazar ertəsi-Cümə);
  • İş yeri: Bakı şəhəri

“Elektrik mühəndisi” başlığı ilə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly536
  • Monthly2291