Müştəri Xidmətləri üzrə Kiçik Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Müştəri Xidmətləri üzrə Kiçik Mütəxəssis

  • Истекает 12 декабрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

iVolt şirkəti müştəri yönümlü, məsuliyyətli və öyrənməyə həvəsli namizədləri komandamıza qoşulmağa dəvət edir. Enerji və elektromobil sahəsində fəaliyyət göstərən dinamik şirkətimizdə peşəkar inkişaf imkanı sizi gözləyir.

Vəzifə öhdəlikləri:

  • Call Center-ə daxil olan müraciətlərin emalında komandaya dəstək göstərmək (mürəkkəb sorğuların həllində iştirak);
  • Sosial şəbəkələrdən (Instagram, Facebook və s.) daxil olan mesajlara operativ cavab vermək;
  • Müştəri müraciətlərini düzgün yönləndirmək və proseslərin gedişatını dəstəkləmək;
  • Daxili sənədləşmə, məlumatların Excel və digər sistemlərə daxil edilməsində iştirak etmək;
  • Gündəlik hesabatların və statistik məlumatların hazırlanmasına dəstək vermək;
  • Müştəri xidmətləri proseslərinin təkmilləşdirilməsi üçün ideya və təkliflər irəli sürmək.

Tələblər:

  • Ali təhsilli (universiteti yeni bitirmiş və ya 1–3 il iş təcrübəsi olan);
  • Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • Rus dilini bilmək vacibdir;
  • Sosial media və müştəri dəstəyi sahəsinə maraq;
  • Məsuliyyətli, təşəbbüskar və operativ olmaq;
  • Excel və digər məlumat sistemlərindən istifadə bacarığı üstünlükdür.

Şirkətin təklifləri:

  • Könüllü tibbi sığorta;
  • Peşəkar və dinamik iş mühiti;
  • Stabil əmək haqqı və performansa əsaslanan inkişaf imkanları;
  • Şirkərdaxili təlimlər və peşəkar inkişaf dəstəyi;
  • Enerji və elektromobil sahəsində praktiki biliklər əldə etmək imkanı;

Əlavə məlumat:

  • İş saatları: 09:00 – 18:00 (Bazar ertəsi-Cümə)
  • İş yeri: Bakı şəhəri 

Müraciət üçün:
“Müştəri Xidmətləri üzrə Kiçik Mütəxəssis” başlığı ilə CV-nizi
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily50
  • Weekly282
  • Monthly282