I iVolt
  • 306

Satış nümayəndəsi

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış nümayəndəsi

  • Deadline 24 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və öhdəliklər:

  • Topdan satış və diler şəbəkəsinin təşkili, eləcə də layihə satışı çərçivəsində məhsul və xidmətlərin satışı üzrə mövcud müştərilərlə işgüzar əlaqələri inkişaf etdirmək və xidmət şəbəkəsini genişləndirmək;
  • Azərbaycan Respublikasında və xarici tenderlərdə iştirak edmək;
  • Yeni potensial müştəriləri cəlb etməklə müştəri bazasını genişləndirmək;
  • Müştərinin məhsul ehtiyaclarını müəyyən etmək, ehtiyaclara uyğun təkliflər hazırlamaq və prosesi əvvəldən sona qədər izləmək;
  • Bazarda təşkilatın rəqabətqabiliyyətli mövqeyini qorumaq üçün müştəri və korporativ səviyyədə konflikt sahələrini müəyyən etmək və onları vaxtında aradan qaldırmaq;
  • Mövcud bazar şəraitinə uyğun qiymətlər, məhsullar, yeni məhsullar, çatdırılma qrafikləri və ticarət üsulları üzrə təkliflər vermək;
  • Problemləri araşdırmaq, həll yollarını tapmaq, hesabatlar hazırlamaq və rəhbərliyə tövsiyələr verməklə müştəri şikayətlərini aradan qaldırmaq;
  •  Müqavilələrin və digər sənədli prosedurları hazırlamaq, maliyyə sənədlərini (qaimələri) müştərilərə göndərmək, müştəri ödənişlərinin monitorinqini və ödənişə nəzarəti həyata keçirmək;
  •  Satılan məhsulların yüklənməsi prosesinə nəzarət etmək (nəqliyyat vasitələri haqqında məlumatların qəbulu, məlumatların müvafiq şöbəyə ötürülməsi, inventarların uyğunluğu);
  • Ərazini tərk edəcək məhsullar haqqında məlumatları aidiyyatı şöbələrə ötürmək.

Tələblər:

  • Tələb olunan vəzifədə 1-3 il iş təcrübəsi;
  • Ali təhsil; Elektrik və ya Texniki sahə üzrə üstünlükdür
  • Rus/İngilis dili;
  • Ofis proqramları, 1 C bilikləri üstünlükdür;
  • Müqavilə və sənədlərlə işləmə bacarığı
  • Məsuliyyət və problem həlletmə bacarığı;
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma və vaxtı idarə etmək bacarığı;
  • Risk faktorlarını müəyyən etmək və qarşısını almaq bacarığı;
  • Qərar qəbul etmək bacarığı

Bilməlidir:

  • Satış və marketinqin ümumi nəzəriyyələri;
  • Gömrük qaydaları;
  • Bank xidmətlərinin ümumi qaydaları;
  • Məlumat bazalarından və ya İnternet axtarışlarından effektiv istifadə;
  • Məlumatların toplanması ilə marketinq işinin təmin edilməsi.

İş şəraiti:

  • İş yeri: İVOLT Bakı ofisi;
  • Respublika daxili ezamiyyətə getmək imkanı
  • İş vaxtı: 5 günlük  09:00-18:00 
  • Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.

Məktubun mövzu hissəsində “Satış nümayəndəsi” yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Günlük0
  • Həftəlik622
  • Aylıq363