Texnik-elektrik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texnik-elektrik

  • Deadline 15 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

iVolt şirkəti məsuliyyətli, diqqətli, texniki düşüncəyə malik və elektrik sistemləri üzrə praktiki və nəzəri biliklərə sahib namizədləri komandaya qoşulmağa dəvət edir. Enerji və elektromobil sahəsində fəaliyyət göstərən dinamik şirkətdə müasir elektrik sistemləri və avadanlıqları ilə işləmək, praktiki təcrübə qazanmaq və peşəkar inkişaf imkanı sizi gözləyir.

Vəzifə öhdəlikləri:

  • Elektrik avadanlıqlarının texniki istismarını, sazlanmasını və düzgün işləməsini təmin etmək;
  • Elektrik avadanlıqlarının texniki xidməti və təmiri işlərini həyata keçirmək;
  • Elektrik sxemlərini oxumaq;
  • Elektrik avadanlıqlarda və sistemlərində yaranan nasazlıqları və problemləri müəyyənləşdirmək, səbəblərini araşdırmaq və aradan qaldırmaq;
  • Nəzarət-ölçü cihazlarından istifadə etmək, onlar ilə elektrik parametrlərinin ölçülməsini həyata keçirmək və nəticələri təhlil etmək;
  • Mühafizə və qoruyucu qurğuların sazlanmasını həyata keçirmək;
  • Elektrik sistemlərinin və avadanlıqlarının texniki vəziyyətinə nəzarət etmək və profilaktik baxışların təşkilində iştirak etmək;
  • Elektrik təhlükəsizliyi və əməyin mühafizəsi tələblərinə uyğun olaraq işlərin icrasını təmin etmək;
  • Görülmüş işlərlə bağlı məlumatları hazırlamaq və texniki sənədləşmə işini aparmaq;
  • Müxtəlif mürəkkəblikdə elektrik avadanlıqlarının quraşdırılması.

Tələblər:

  • Ezamiyyətə getmək imkanı;
  • Elektrik və ya əlaqəli ixtisas üzrə orta təhsil (əlaqəli istiqamətdə ali təhsil üstünlükdür);
  • Elektrotexnika üzrə nəzəri və praktiki biliklər;
  • Elektrik sxemlərini oxumaq və təhlil etmək bacarığı;
  • Elektrik ölçmələri aparmaq və ölçü cihazlarından istifadə etmək bacarığı;
  • Elektrik avadanlıqlarında nasazlıqların diaqnostikası və aradan qaldırılması, mühafizə qurğularının sazlanması üzrə bacarıqlar;
  • Elektrik təhlükəsizliyi qaydaları barədə bilik və işlərin təhlükəsiz icrasını təmin etmək bacarığı (eletrkik təhlükəsiliyi üzrə III və daha yuxarı qrupa sahib olmaq üstünlükdür);
  • Texniki sənədlərlə işləmək və işlərin təhlükəsiz icrasını təmin etmək bacarığı;
  • Normativ-texniki sənədlərlə işləmək bacarığı;
  • Kompyuterdən istifadə bacarığı.

Şəxsi keyfiyyətlər:

  • Texniki problemləri məntiqi şəkildə təhlil edərək həll etmək bacarığı;
  • Detallara diqqət;
  • Texniki məsələlərdə çevik və yaradıcı yanaşma;
  • Məsuliyyətli olma;
  • Stressə davamlılıq və qəza vəziyyətlərində operativ qərar qəbul etmək bacarığı;
  • Həmkarlarla və digər əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı;
  • Yeni bilik və texnologiyaları öyrənməyə və mövcud bilikləri daim yeniləməyə həvəs.

Şirkətin təklifləri:

  • Könüllü tibbi sığorta (sınaq müddətindən sonra);
  • Peşəkar və dinamik iş mühiti;
  • Stabil əmək haqqı və performansa əsaslanan inkişaf imkanları;
  • Şirkərdaxili təlimlər və peşəkar inkişaf dəstəyi;
  • Enerji və elektromobil sahəsində praktiki biliklər əldə etmək imkanı.

Əlavə məlumat:

  • İş saatları: 09:00 - 18:00 (Bazar ertəsi-Cümə);
  • İş yeri: Bakı şəhəri

“Texnik-elektrik” başlığı ilə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily4
  • Weekly570
  • Monthly1746