Ivy Garden Baku Hotel komandamıza Peşəkar Restoran Meneceri axtarırıq! Əgər siz qonaqpərvərlik sahəsində təcrübəli və dinamik bir peşəkarsınızsa, komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Restoran və bar sahələrinin gündəlik fəaliyyətinə rəhbərlik
- Restoran və banket xidmətlərinin idarə edilməsi
- Komandanın işini effektiv şəkildə təşkil etmək və motivasiya etmək
- Qonaq məmnuniyyətini təmin etmək və operativ şəkildə şikayətləri həll etmək
- Satışların və gündəlik hesabatların hazırlanması
- Xidmətin yüksək keyfiyyətdə təqdim edilməsinə nəzarət
- Inventar və ehtiyat məhsullara nəzarət
- Menyu hazırlanması və yemək-içki keyfiyyətinin nəzarətdə saxlanılması
Namizəd üçün tələblər:
- Yemək və içkilər haqqında geniş məlumat
- Rus və İngilis dillərini bilməli (Azərbaycan dili əsasdır)
- Komanda ilə effektiv işləmə və idarəetmə bacarığı
- Banket xidməti və menyu hazırlanması üzrə biliklər
- Aktiv, təşəbbüskar və yeniliklərə açıq şəxsiyyət
- Dəyişkən iş qrafikinə uyğun işləyə bilmək (08:00–17:00 və ya 14:00–23:00)
- Yaş həddi: 45 yaşa qədər
- Cinsi: Bəy namizəd
Biz təklif edirik:
- 4 ulduzlu oteldə peşəkar və dinamik iş mühiti
- Rəqabətli əmək haqqı: 1700–1800 AZN
- Qida və forma təminatı
- Nizamlı iş qrafiki və stabil əmək münasibətləri
- Karyera inkişafı və yüksəliş imkanı
Müraciət üçün CV-lərinizi +994 55 213 29 14 telefon nömrəsinə WhatsApp vasitəsilə və ya Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına restoran meneceri başlığı ilə göndərə bilərsiniz.