Ünvan: Bakı şəhəri, Cəlil Məmmədguluzade 71
Vəzifə öhdəlikləri:
- Qonaqları mehriban və peşəkar şəkildə qarşılamaq və spa xidmətləri haqqında məlumat vermək
- Spa rezervasiyalarını qəbul etmək və idarə etmək
- Qonaqlara təqdim olunan xidmətləri təklif etmək və istiqamətləndirmək
- Xarici turistlərlə ünsiyyət qurmaq və xidmət keyfiyyətini təmin etmək
- Spa ərazisində nizam-intizam və səliqəyə nəzarət etmək
- Gündəlik hesabat və qeydiyyat işlərini aparmaq
Tələblər:
- İngilis dilini yaxşı səviyyədə bilmək (rus dili arzuolunandır)
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı
- Səliqəli, məsuliyyətli və gülərüz olmaq
- Komandada işləmək bacarığı
- Otel və ya spa sahəsində təcrübə üstünlükdür
Təklif olunur:
- 600 AZN maaş + bonus sistemi
- Nahar və forma otel tərəfindən təmin olunur
- Dəyişkən iş qrafiki
- Peşəkar və rahat iş mühiti
- Karyera inkişafı imkanı
Tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsində “SPA Qeydiyyatçı” başlığı ilə qeyd etməklə Müraciət Et düyməsində göstərilən mail-ə göndərə bilərlər.