Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil
- MS Office proqramları üzrə bilik (xüsusilə Excel)
- Azərbaycan Respublikası Vergi Məcəlləsi üzrə ilkin biliklər
- Minimum 1 il iş təcrübəsi
- Analitik düşünmə və yüksək diqqətlilik
- Məsuliyyətli, dəqiq və vaxtında icra bacarığı
- Azərbaycan dili sərbəst, rus dili biliyi üstünlükdür
- Komandada işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Kassa və bank əməliyyatlarının aparılması və uçotu
- Maliyyə sənədlərinin düzgünlüyünə nəzarət
- Gəlir və xərclərin aylıq, rüblük və illik təhlili
- Mənfəət və zərər göstəricilərinin analiz edilməsi
- Maliyyə nəticələri ilə bağlı rəhbərliyə və aidiyyəti şöbələrə operativ məlumat verilməsi
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Şənbə, 10:00–19:00
- Əmək haqqı: 1000 AZN
- Korporativ nömrə təqdim olunur
Müraciət:
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.