JET — şəhər daxilində elektrik skuterlərinin icarə xidmətini inkişaf etdirən beynəlxalq şirkətdir və komandaya Texnik köməkçisi vəzifəsinə əməkdaş axtarır.
Vəzifə öhdəlikləri
- Elektrik skuterlərin yuyulması və təmizlənməsi, səthləri və plastik elementləri səliqəyə salınması, zərurət olduqda hissələrin rənglənməsi. Bu işdə xüsusilə səliqəlilik və detallara diqqət vacibdir.
Biz kimi axtarırıq?
- Əgər sən məsuliyyətli, diqqətli və fiziki işdən çəkinmirsənsə — bu vəzifə sənin üçündür. Texniki və ya servis işlərində minimal təcrübə üstünlükdür, lakin əsas meyar işləmək istəyidir.
Biz nə təklif edirik
- Rəsmi əməkdaşlıq;
- Kartla ödənilən 750-800 AZN məbləğində stabil əmək haqqı;
- İş vaxtı: 6/1, saat 09:00–18:00;
- Aydın tapşırıqlar və qurulmuş iş prosesləri;
- Rəhbərlik və komanda tərəfindən dəstək;
- Stabil və inkişaf edən şirkətdə iş imkanı.
Vakansiya sizi maraqlandırırsa, +994 70 585 5585 nömrəsinə zəng edin və ya yazın, “Texnik köməkçisi” vakansiyası ilə bağlı müraciət etdiyinizi bildirin.