Motion Graphic Designer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Motion Graphic Designer

  • Deadline 22 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komandamıza qrafik dizayn və motion design sahəsində təcrübəli, kreativ düşüncəyə və güclü vizual zövqə sahib Motion Graphic Designer axtarırıq.

İş öhdəlikləri

  • Sosial media üçün qrafik postların və vizual materialların hazırlanması
  • Reklam və sosial media kampaniyaları üçün kreativ vizual kontentin hazırlanması
  • 2D və 3D animasiyaların hazırlanması;
  • Reklam çarxları, sosial media videoları və digər video kontentlərin hazırlanması
  • Layihələr üçün kreativ vizual həllərin hazırlanması
  • Brend üslubuna uyğun vizual kontentin hazırlanması

Tələblər

  • Qrafik dizayn və Motion Design sahəsində peşəkar bilik;
  • Minimum 3 il iş təcrübəsi
  • Media və ya reklam sahəsində iş təcrübəsi
  • 2D, 3D qrafika və animasiya ilə işləmə bacarığı
  • After Effects, Blender, Cinema 4D və digər müvafiq proqram (Adobe Creative Suite) təminatları ilə peşəkar səviyyədə işləmək bacarığı
  • Kompozisiya, rəng və tipoqrafiya üzrə yaxşı bilik
  • Reklam, sosial media və digər media platformaları üçün vizual və video kontent hazırlamaq təcrübəsi
  • Hazır qrafik materialları motion formatına uyğunlaşdırmaq bacarığı
  • Brief əsasında işləmək və layihəni son nəticəyə qədər çatdırmaq bacarığı
  • Komanda ilə işləmək və verilən düzəlişlərə operativ şəkildə reaksiya vermək

İş şəraiti

  • İş rejimi Həftədə 5 iş günü
  • İş saatları: 09:00–18:00
  • Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müəyyən edilir.

Maraqlanan namizədlər CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily29
  • Weekly299
  • Monthly2016