Komandamıza qrafik dizayn və motion design sahəsində təcrübəli, kreativ düşüncəyə və güclü vizual zövqə sahib Motion Graphic Designer axtarırıq.
İş öhdəlikləri
- Sosial media üçün qrafik postların və vizual materialların hazırlanması
- Reklam və sosial media kampaniyaları üçün kreativ vizual kontentin hazırlanması
- 2D və 3D animasiyaların hazırlanması;
- Reklam çarxları, sosial media videoları və digər video kontentlərin hazırlanması
- Layihələr üçün kreativ vizual həllərin hazırlanması
- Brend üslubuna uyğun vizual kontentin hazırlanması
Tələblər
- Qrafik dizayn və Motion Design sahəsində peşəkar bilik;
- Minimum 3 il iş təcrübəsi
- Media və ya reklam sahəsində iş təcrübəsi
- 2D, 3D qrafika və animasiya ilə işləmə bacarığı
- After Effects, Blender, Cinema 4D və digər müvafiq proqram (Adobe Creative Suite) təminatları ilə peşəkar səviyyədə işləmək bacarığı
- Kompozisiya, rəng və tipoqrafiya üzrə yaxşı bilik
- Reklam, sosial media və digər media platformaları üçün vizual və video kontent hazırlamaq təcrübəsi
- Hazır qrafik materialları motion formatına uyğunlaşdırmaq bacarığı
- Brief əsasında işləmək və layihəni son nəticəyə qədər çatdırmaq bacarığı
- Komanda ilə işləmək və verilən düzəlişlərə operativ şəkildə reaksiya vermək
İş şəraiti
- İş rejimi Həftədə 5 iş günü
- İş saatları: 09:00–18:00
- Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müəyyən edilir.
Maraqlanan namizədlər CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Uyğun namizədlərlə əlaqə saxlanılacaq.