Vəzifə öhdəlikləri:
- Salona gələn qonaqların və müştərilərin qarşılanması, xidmətlər haqqında məlumatlandırılması;
- Salon xidmətləri üzrə rezervasiyaların və müştəri qeydiyyatının aparılması;
- Ustaların iş qrafikinin koordinasiyası və rezervasiyaların düzgün bölüşdürülməsi;
- Telefon, WhatsApp və sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin cavablandırılması;
- Nağd və nağdsız ödənişlərin qəbul edilməsi, kassa əməliyyatlarının aparılması;
- Gündəlik rezervasiya, satış və ödəniş hesabatlarının hazırlanması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayət və təkliflərin operativ cavablandırılması;
- Salonun resepsion və gözləmə zonasının səliqəsinə nəzarət edilməsi;
- Digər müraciətlərin qəbul olunması və müvafiq əməkdaşlara yönləndirilməsi;
- Salonun gündəlik inzibati və təşkilati işlərinin icrasında iştirak edilməsi.
Namizədə tələblər:
- Yaş: 21–30;
- Xidmət sahəsində, xüsusilə gözəllik salonu və ya uşaq əyləncə mərkəzində iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq (mütləqdir);
- İngilis dili biliyi üstünlükdür;
- Kompüter, kassa və qeydiyyat sistemləri ilə işləmək bacarığı;
- Yüksək ünsiyyət mədəniyyəti və müştəriyönümlü yanaşma;
- Uşaqlarla və valideynlərlə mehriban, səbirli davranış;
- Komandada işləmək və eyni vaxtda bir neçə işi idarə etmək bacarığı;
- Punktuallıq, məsuliyyətlilik, operativlik və səliqəlilik;
- İş qrafikinə ciddi riayət etmək və tapşırıqları vaxtında yerinə yetirmək.
İş yeri: JUMANJI Salonu, Ağ Şəhər, Bakı.
Əməkhaqqı və iş qrafiki: Müsahibə zamanı müzakirə olunur.
Yalnız qeyd olunan tələblərə uyğun namizədlərin müraciət etməsi xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Resepşionist / Administrator” başlığı ilə göndərə bilərlər.