Vəzifə öhdəlikləri:
- Qonaqların / müştərilərin qarşılanması;
- Salon xidmətləri üzrə qeydiyyatın aparılması;
- Ödənişlərin qəbul olunması;
- Loyallıq layihələri üzrə kampaniyaların yerində idarə olunması;
- Günlük, həftəlik və aylıq statistika, həmçinin maliyyə hesabatlarının təqdim olunması;
- Müştəri bazasının yenilənməsi, ehtiyac olduğu təqdirdə salon daxilində müştərilər arasında sorğunun keçirilməsi;
- Telefon və Whatsapp vasitəsilə daxil olan müraciətlərin cavablandırılması;
- Təmin olunmuş materiallar əsasında Whatsapp’da reklam xarakterli hekayələrin paylaşılması, dövri olaraq müştərilərə elan və ya reklam xarakterli məlumatların göndərilməsi;
- Digər əməkdaşlar tərəfindən təqdim olunmuş salon ehtiyaclarının siyahılaşdırılması və müvafiq şöbəyə yönləndirilməsi;
- Məsuliyyətində olduğu texnika və avadanlıqların iş prinsipinə nəzarət etmək;
- Digər müraciətlərin qəbul olunması və müvafiq şöbələrə yönləndirilməsi.
Tələblər:
- 1C ilə orta səviyyədə işləmək bacarığı;
- Maliyyə və hesabatlılıq üzrə biliklər;
- Azərbaycan, rus dilli bilikləri (ingilis dili üstünlükdür) ;
- 25-35 yaş arası namizəd;
- Daha öncə ən azı 1 il xidmət sahəsi (əsasən də salon, uşaq əyləncə mərkəzi) üzrə iş təcrübəsi;
- Komanda ilə işləmək bacarığı;
- Punktual, vaxtı-vaxtında işə gəlib-getmək və tapşırıqları müəyyən edilmiş son tarixə qədər icra etmək;
- Kriz vəziyyətlərinin idarə olunması bacarığı.