İş şəraiti
- Şəhər: Bakı
- İş rejimi: 08:30 – 17:30, həftənin 5 günü
- Əmək haqqı: Razılaşma yolu ilə
Namizədə tələblər:
- Ali təhsil (İT, mühəndislik və ya oxşar sahə)
- QA və ya texniki dəstək sahəsində minimum 1 il iş təcrübəsi
- Manual testinq metodologiyalarını bilməsi
- Bug tracking alətləri ilə iş təcrübəsi (Jira və s.)
- Excel bilikləri
- Azərbaycan dili mükəmməl, rus dili orta səviyyədə, inglis dili biliyi arzu olunandır
- Ödəniş sistemləri sahəsində təcrübə
- SQL biliyi
- API testinq təcrübəsi (Postman)
- Mobil tətbiqlərin və ödəniş cihazlarının test edilməsi təcrübəsi
İş barədə məlumat:
- Mobil tətbiq, veb portal, cihazlar və daxili sistemlərin funksional və reqressiya testlərinin aparılması
- Ödəniş axınlarının test edilməsi
- Validator, terminal və digər cihazların sistemlə inteqrasiyasının yoxlanılması
- Test ssenarilərinin hazırlanması və icrası
- Aşkar edilən xətaların sənədləşdirilməsi və izlənməsi
- Yeni versiyaların istifadəyə verilməzdən əvvəl yoxlanılması
- Tranzaksiya və hesabat məlumatlarının düzgünlüyünün yoxlanılması
- Müştəri müraciətlərinin texniki araşdırılması
- Tərəfdaş şirkətlər və texniki komanda ilə koordinasiya
CV-nizi mövzu hissəsinə "Keyfiyyətə nəzarət üzrə mütəxəssis (QA tester)" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.